Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İdmançımız 3-cü pillədə qərarlaşdı

© Sputnik / Grigory Sysoyev / Mediabanka keçidAğır atletika məşqləri, arxiv şəkli
Ağır atletika məşqləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İsa Rüstəmov 69 kq çəki dərəcəsində mübarizəyə qoşulub

BAKI, 19 iyun — Sputnik. 15-23 iyun tarixlərində Yaponiyanın paytaxtı Tokio şəhərində 43-cü kişilər və 23-cü qadınlar arasında ağır atletika üzrə gənclərin dünya çempionatı keçirilir. Sputnik Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda yüzə yaxın ölkədən 306 atlet (125 qadın və 181 kişi) körpücük üzərinə çıxır. İştirakçılar arasında Azərbaycan yığma komandasının üzvləri də var.

İdmançımız İsa Rüstəmov 69 kq çəki dərəcəsində mübarizəyə qoşulub. Atletimiz bu çəkinin B qrupunda çıxış edib.

İsa birdən qaldırma hərəkətində 125 kq, təkanla qaldırmada isə 160 kq-ı ram edib. O, toplam 285 kq (125+160) nəticə ilə B qrupunda 3-cü, bu çəki dərəcəsinin yekun sıralamasında 12-ci yeri tutub.

Xəbər lenti
0