İki atom bombası partlayışından sağ qurtulan yeganə adam

© Photo : WIREIMAGETsutomu Yamaguchi
Tsutomu Yamaguchi - Sputnik Azərbaycan
Abunə olmaq
Hamı onu xoşbəxt adam hesab etsə də, o özünü ən bədbəxt adam sayırdı

BAKI, 18 iyun — Sputnik. Tsutomu Yamaguchi II Dünya Müharibəsi zamanı Naqasakidə yaşayırdı. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, o, avqustun 6-da bir iş üçün Xirosimaya gedir. Bir anlıq göy üzündə yumrulanan işığı görür və sonra özündən gedir.

Pxenyan - Sputnik Azərbaycan
Şimali Koreya ABŞ-ı nüvə müharibəsi ilə hədələdi

Təxmin etdiyiniz kimi, bu vaxt Xirosimaya atom bombası atılmışdı. Onun bədənində ciddi yanıqlar əmələ gəlir və doğma şəhəri Naqasakiyə aparılaraq müalicəsinə başlanılır. Bədbəxt Yamaguchi bu dəfə də ikinci atom bombası ilə qarşılaşır. O, yaralanmasa da, bədənindəki sarğıları dəyişdirəcək kimsə qalmadığı üçün infeksiyadan ölmə riski yaşayır.

Amerikanın atom bombası atdığı hər iki şəhərdə olan Yamaguchi, Yaponiya hökuməti tərəfindən iki atom bombası partlayışından sağ qurtulan yeganə adam – yaşayan qurban (hibakusha) kimi qeydə alınır.

© PhotoXirosima
Xirosima - Sputnik Azərbaycan
Xirosima

Yamaguchi sağlığında iki atom bombasından, özü də heç kəsin sağ qalmadığı şəhərlərdə xilas olmasını Independent-ə müsahibəsində belə qiymətləndirmişdi: "Allah mənim üçün bir yol tikmişdi".

"Mən heç cür başa düşə bilmirəm ki, dünya nüvə silahının əzabını niyə dərk etmir?! Onlar bu silahları niyə inkişaf etdirirlər" — deyən Yamaguchinin ailə üzvlərinin bir qismi bomba partlayışı zamanı məhv olmuşdu.

Sonradan qurduğu ailəsində isə həyat yoldaşı və övladları radiasiyanın təsiri nəticəsində yaranan xərçəngdən ölüblər. Sağ qalan qızı, nəvələri isə hələ də bu bəlanın fəsadlarından əziyyət çəkirlər. Yamaguchi möcüzə nəticəsində sağ qalsa da, həyatı boyunca radiasiya yaraları və ağrılarla yaşayıb.

"Hamı mənə deyir ki, sən bəxtəvər adamsan ki, o bəladan sağ çıxmısan. Amma heç kəs başa düşmək istəmir ki, mən bunu yaşadığım və bunun nə demək olduğunu öz üzərimdə hiss etdiyim üçün bəlkə də dünyanın ən bədbəxt adamıyam" — deyə illər əvvəl Yamaguchi bildirmişdi.

Yamaguchi 4 yanvar 2010-cu ildə 93 yaşında dünyasını dəyişib. Xatırladaq ki, II Dünya Müharibəsinin sonlarına yaxın ABŞ Yaponiyanın iki şəhərinə — 1945-ci ilin 6 avqustunda Xirosimaya, kod adı "Little Boy" (balaca oğlan) olan bombanı, 9 avqustda isə Naqasakiyə kod adı "Fat Man" (Gömbul) olan bombanı atıb.

Xəbər lenti
0