Şimali Koreya ABŞ-ı nüvə müharibəsi ilə hədələdi

Pxenyan
Pxenyan - Sputnik Azərbaycan
Abunə olmaq
Vitse-marşal Çxve Ryon He: "Nüvə silahının ABŞ-ı əzməsi ədalətli olacaq"

BAKI, 15 apr — Sputnik. "Şimali Koreya ABŞ-ın törətmək istədiyi nüvə müharibəsinə nüvə zərbəsi ilə cavab verəcək".

Sputnik Azərbaycan Kiodo agentliyinə istinadla xəbər verir ki, bunu Koreya Xalq Ordusunun vitse-marşalı, Milli Müdafiə Şurasının üzvü Çxve Ryon He KXDR-in qurucusu Kim İr Senin anadan olmasının 105 illiyi münasibətilə keçirilən parad iştirakçılarına müraciəti zamanı deyib.

Атомный взрыв - Sputnik Azərbaycan
Pentaqonun keçmiş rəhbərindən nüvə müharibəsi xəbərdarlığı

Vitse-marşalın sözlərinə görə, "nüvə silahının ABŞ-ı əzməsi ədalətli olacaq".

"Əgər Amerika təxribat törətsə, biz dərhal dağıdıcı hücumla, total müharibəyə total müharibə ilə, nüvə müharibəsinə isə nüvə zərbəsi ilə cavab verəcəyik" — deyə yüksək rütbəli hərbçi bildirib.

Şənbə günü Pxenyanda ölkənin hazırkı lideri Kim Çen Inın babası Kim İr Senin 105 illik yubileyi münasibətilə hərbi parad keçirilib.

Bu gün Şimali Koreyada "Günəş günü" adlanır və əsas dövlət bayramı hesab edilir.

Tədbirin işıqlandırılması üçün Şimali Koreya 200 xarici jurnalisti ölkəyə dəvət edib. Adətən həmin gün KXDR ölkənin hərbi gücünü nümayiş etdirməklə qeyd edir.

Qeyd edək ki, bu gün Şimali Koreya rəhbərliyi ilk dəfə olaraq paytaxt Pxenyanda keçirilən hərbi paradda sualtı qayıqların ballistik raketlərini nümayiş etdirib.

Sualtı qayıqların "Pukkıkson-2" tipli ballistik raketləri yerli televiziya vasitəsilə yayımlanıb.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bir neçə gün əvvəl Şimali Koreyanı ciddi təhlükə adlandırıb və Koreya yarımadasının sahillərinə aviadaşıyıcı hücum donanması göndərib.

Xəbər lenti
0