Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bu dəfə İslamiadadan yazdılar

© SputnikSport time jurnalı
Sport time jurnalı - Sputnik Azərbaycan
Abunə olmaq
İslam Həmrəyliyi Oyunları ilə bağlı məlumatlar qələmə alınıb

BAKI, 18 iyun — Sputnik. Azərbaycanda idmanın inkişafına, təbliğatına xidmət göstərən "Sport Time" jurnalının növbəti sayı çapdan çıxıb. Sputnik Azərbaycan xəbər verir ki, jurnalın bu sayı Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına həsr olunub.

Изображение логотипа Baku 2017 на асфальте в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
İslamiada ilə bağlı ağır ittiham təsdiqini tapmadı

Dərgidə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin (MOK) prezidenti İlham Əliyevin IV İslam Həmrəyliyi Oyunlarında iştirakı, Oyunlara aid nitqi, Xəzərdən başlayan su səyahəti, İslamiadanın möhtəşəm açılış və bağlanış mərasimi yer alıb. Bundan başqa, jurnalda Bakı-2017-də ölkəmizin birinci yeri qazanması da əksini tapıb.

Qeyd edək ki, dərgidə MOK-un baş katibi, millət vəkili, professor Ağacan Abiyev, tanınmış içtimai xadim, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti Füzuli Məmmədovla bağlı məqalələr yer alıb. İslamiadanı uğurla başa vuran bir neçə federasiya və klublar barədə məlumatlar da "Sport Time"ın budəfəki sayında işıqlandırılıb.

Məlumat üçün bildirək ki, jurnalda "Sport Time"nin təqdimetmə mərasimləri, müxtəlif görüşlər, tanınmış ziyalı və idman xadimlərinin dərgi ilə bağlı fikirləri də qələmə alınıb. Jurnalın "Fotoların dili ilə" rubrikasının budəfəki qonağı isə Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan olub. "Balaca istedadlar" rubrikasında isə dərs əlaçısı, istedadlı şagird Nəzrin Əhmədovadan bəhs olunub.

Xəbər lenti
0