BAKI, 17 iyun — Sputnik. “Fənərbaxça”da gözlənilən təyinat rəsmiləşib. Sputnik Azərbaycan-ın məlumatına görə, İstanbul nəhəngini bundan sonra Aykut Kocamanın çalışdıracaq.
Klubdan verilən rəsmi açıqlamada köhnə-yeni baş məşqçi ilə 2 ilik müqavilə imzalandığı qeyd edilib.
Kocaman 2010-2013-cü illər aralığında da bu komandada baş məşqçisi olub. Son mövsümdə isə o, “Konyaspor”a rəhbərlik edirdi.
Qeyd edək ki, “Fənərbaxça”nı ötən mövsümdə Dik Advokat çalışdırırdı. Hollandiya yığmasından təklif alan mütəxəssis mövsüm bitən kimi istanbullularla yollarını ayırdı.