BAKI, 16 iyun — Sputnik. Bakıda və Abşeron yarımadasında iyunun 17-də arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-18, gündüz 21-25, Bakıda gecə 16-18, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 85-95, gündüz 65-75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında iyunun 17-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 14-19, gündüz 26-31, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza gəlincə: İyunun 17-18-də Bakıda və Abşeron yarımadasında komfort temperatur şəraitinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Nazirlik xəbərdarlıq da edir: İyunun 16-sı axşamdan 17-si gündüzədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.