CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın iş dünyasında mafiya davasına bənzər hadisə baş verib

CC0 / DariuszSankowski / Luxury carsLüks sinif avtomobillər, arxiv şəkli
Lüks sinif avtomobillər, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Riyad mühafizə xidmətinin öz həqiqəti var: Videonun tam görüntüləri polisdədir

BAKI, 14 iyun — Sputnik. Riyad mühafizə xidmətinin əməkdaşları davaya təhrik edilib.

Bunu Sputnik Azərbaycana Riyad firmasının mətbuat xidmətinin rəhbəri Fuad Mədətov deyib. Onun sözlərinə görə, KİV-də yayılan məlumatlar tamamilə həqiqətə uyğun deyil.

"Firmanın əməkdaşlarının ünvanına səslənən ittihamlar əsassızdır. Onlar müqavilə şərtlərinə uyğun olaraq Azadxan Xanməmmədovun əmlakını qoruyublar. Siz sadəcə videogörüntünün uşaqların sahibkar Faiq Seyidovun adamlarını döydüyü kadrlarını görmüsüz. Amma videonun Seyidovun tərəfində olan adamların mühafizənin üzərinə bıçaqla hücum etdiyi yerləri kəsilib. Bu kadrlar polisdə təqdim edilib" — deyə Mədətov bildirib.

Sputnik Azırbaycan daha əvvəl xəbər vermişdi ki, iyunun 8-də Binəqədi rayonundakı 9-cu mikrorayonun ərazisində Safastore supermarketinin qarşısında insident baş verib. Bu insident zamanı Riyad mühafizə xidmətinin idmançıları dörd nəfəri döyüblər. Nəticədə Riyad firmasının 13 əməkdaşı saxlanılıb və onlar AR Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq) ilə cinayət məsuliyyətinə cəlb ediliblər.

Mühafizəçi,arxiv şəkli - Sputnik Azərbaycan
"Riyad" Mühafizə Xidmətinin mühafizəçiləri hücuma məruz qalıblar"

Mədətov bildirib ki, Safastor supermarketi hazırda Xanməmmədov tərəfindən idarə olunur. Digər sahibkar Faiq Seyidovun adamları isə ondan obyekti boşaltmağı tələb ediblər. Qeyd edək ki, fikir ayrılıqları ödəniş ucbatından yaranıb. Belə ki, il yarım bundan əvvəl Xanməmmədov bu obyekti Seyidova yarım milyon manata satıb. Seyidov isə o məbləğin hamısını ödəməyib. Belə olan təqdirdə Xanməmmədov alqı-satqı müqaviləsinin ləğvini tələb edib. Bunun cavabında Seyidov deyib ki, Xanməmmədov əvvəlcə ona ödənilən pulu qaytarmalıdır.

Mədətovun sözlərinə görə, zərərçəkmiş tərəf Riyadın əməkdaşlarıdır, çünki onlar özlərini müdafiə ediblər: "Firmanın bütün əməkdaşları işə qəbul olunmamışdan əvvəl psixiki vəziyyətləri ilə bağlı tibbi müayinədən keçirlər. Bizim əməkdaşlarımız tamamilə tələblərə cavab verirlər və öz işlərində qanunun tələblərini pozmamağa çalışırlar".

Bir qədər əvvəl hüquq-mühafizə orqanları bildirmişdi ki, son vaxtlar Riyad-ın bir sıra əməkdaşlarının adları dəfələrlə müxtəlif münaqişələrdə hallanıb. Odur ki, hüquq-mühafizə orqanları kimin doğru, kimin günahkar olduğunu müəyyən edəcək.

Xəbər lenti
0