CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Riyad" Mühafizə Xidmətinin mühafizəçiləri hücuma məruz qalıblar"

© Photo : REPORTMühafizəçi,arxiv şəkli
Mühafizəçi,arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Əslində ziyan və zərər çəkən tərəf "Riyad" Mühafizə Xidmətinin əməkdaşlarıdır"

BAKI, 12 iyun — Sputnik. "İyunun 8-də səhər saatlarında "Riyad" Mühafizə Xidmətinin 20-yə yaxın əməkdaşı, Binəqədi rayonu 9-cu mikrorayon, Mir Cəlal küç 1 d ünvanında yerləşən "Safastore" mağazasına hücum edərək əməkdaşları zor gücünə çölə çıxarmaqla bağlı yayılan informasiyalar tamamilə qeyri-obyektivdir və əsassız ittihamlardan ibarətdir".

Пистолет Макарова, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Prezidentin mühafizəçiləri səhvən naziri öldürdülər

Bunu "Riyad" Mühafizə Xidmətinin mətbuat katibi Fuad Mədətov Sputnik Azərbaycan-a açıqlamasında bildirib. O, qeyd edib ki, adıçəkilən mağazanın əsl (hüquqi) sahibi məhz Xanməmmədov Azadxan Allahqulu oğludur: "Əvvəla onu xüsusilə diqqətinizə çatdırım ki, "Riyad" Mühafizə Xidməti fiziki və yaxud hüquqi şəxslə müqavilə imzalamazdan əvvəl mühafizə olunacaq daşınmaz əmlakın (obyektin) sənədlərinin qaydasında olmasını nəzərdən keçirir. O cümlədən adıçəkilən obyekt sahibi ilə bağlanılan müqavilə bu istiqamətdə həyata keçirilib".

"Obyektin sahibi Xanməmmədov Azadxan Allahqulu oğlu arasında bağlanılan müqavilə hüquqi müstəvidə aparılıb. "Riyad" Mühafizə Xidməti ilə sahibkar arasında müqavilə 23 may 2017-ci il tarixində 1 illik müddətinə bağlanılıb. Müqavilədə mühafizə olunan ərazi isə Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon, Mir Cəlal küçəsi 1 d ünvanında yerləşən "Safastore" qeyri-yaşayış massivi göstərilib. Bu, belə olduğu təqdirdə, "Riyad" Mühafizə Xidmətinin əməkdaşları mühafizə etdiyi obyektin işçilərinə hücum etmiş olurlar və təbii ki, bu, məntiqsiz hesab olunur. Buradan da aydın görünür ki, ittihamlar əsassızdır" — F. Mədətov bildirib.

Mətbuat katibi onu da əlavə edib ki, əslində ziyan və zərər çəkən tərəf "Riyad" Mühafizə Xidmətinin əməkdaşlarıdır: "Belə ki, mühafizəçilər deyil, əksinə mühafizəçilərə hücum olunub".

Daha sonra Mühafizə Xidmətinin sözçüsü deyib: "Təxminən 20 ilə yaxındır fəaliyyət göstərən "Riyad" Mühafizə Xidməti bu günə qədər mühafizəçilərin iş prinsipinə xüsusi diqqət yetirir. Mühafizəçilər işə götürülməzdən əvvəl fiziki sağlamlığı və psixoloji durumu diqqətdə saxlanılır. Onlar həm tibbi dispanserlər, həm də "Riyad" Mühafizə Xidmətinin ekspertləri tərəfindən yoxlanılaraq işə götürülür. Mühafizəçilərin şəxsi iş qovluqlarında mütləq şəkildə ruhi-əsəb dispanserindən və narkoloji dispanserdən arayışları yer alır. Yəni mühafizəçilərimiz hər hansı təxribata, xaos olacaq vəziyyətə hazırlıqlı olurlar".

Bakıda polislər. Arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda silahlı basqın: mühafizəçilərə ağır xəsarət yetirildi

Bununla da nəzərinizə çatdırmaq istəyirəm ki, baş verən hadisədə zərərçəkən sahibkarla yanaşı, "Riyad" Mühafizə Xidmətinin əməkdaşları da var. Hücuma məruz qalan, təhqir olunan məhz mühafizəçilərimizdir. Çünki mühafizəçilər obyektə zərər dəyməməsi və mülk sahibinin icazəsi olmadan onun mülkiyyətinə daxil olmaması məqsədiylə girişdə durmuşdular. Qarşı tərəf mühafizəçilərdən olan səddi keçə bilməyəcəyini bilərək, təxribata əl atıb və soyuq silahlardan istifadə edərək ilk hücum edən olublar. Mühafizəçilər də ancaq müdafiə xarakterli cavab veriblər. Birmənalı olaraq mühafizəçilər tərəfindən hadisə yerində olan Binəqədi rayon Polis İdarəsinin əməkdaşlarına qarşı güc tətbiq olunmayıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti də mətbuata açıqlmasında bildirib ki, hadisə zamanı polis əməkdaşlarından xəsarət alan olmayıb" — Mədətov vurğulayıb.

Hazırda faktla bağlı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq – bir qrup şəxs tərəfindən törədildikdə) və 221.2.2-ci (xuliqanlıq — ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti
0