BAKI, 14 iyun — Sputnik. Naxçıvanda yeniyetmə oğlan boksçular arasında keçirilən "Heydər Əliyev kuboku-2017" beynəlxalq turniri başa çatıb. Boks Federasiyasının mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 4 gün davam edən yarışda bu gün baş tutan final görüşlərindən sonra bütün mükafatçıların adına aydınlıq gəlib.
Turnirə 2 komanda ilə qatılan yığmamız 4 qızıl, 5 gümüş və 10 bürünc medal qazanıb. Komanda hesabında millimizi Qazaxıstan izləyib. Onlar Naxçıvanda 4 qızıl və 5 bürünc medala yiyələniblər.
İran yığmasının mükafat qazanmadığı turnirdə Özbəkistan (3 qızıl, 1 gümüş, 2 bürünc), Gürcüstan (1-4-1) və Ukrayna (0-1-5) 6, Qırğızıstan 4 (1-0-3), Macarıstanla (0-1-0) Rusiya hərəyə 1 (0-1-0) medala sahib olub.