CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nağdsız hesablaşmalarla bağlı prioritetlər konkretləşdirilib

© pixabay / 3112014Кредитная карта и POS-терминал, фото из архива
Кредитная карта и POS-терминал, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bununla bağlı təklif olunan layihələr səsə qoyularaq qəbul edilib

BAKI, 13 iyun-Sputnik. Bir sıra sahələr üzrə hesablaşmalar nağdsız aparılacaq. Sputnik Azərbaycan xəbər verir ki, bununla əlaqədar "Turizm haqqında", "Təhsil haqqında", "Sosial müavinətlər haqqında", "Sosial sığorta haqqında", "Məşğulluq haqqında", "Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında", "Terrorçuluğa qarşı mübarizə haqqında", "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında", "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında", "Bələdiyyə qulluğu haqqında", "Sığorta fəaliyyəti haqqında", "İcbari sığortalar haqqında", "Nağdsız hesablaşmalar haqqında", "Əmək pensiyaları haqqında", "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanunlarda, Əmək Məcəlləsində dəyişikliklər edilib.

Toya pul yazdıran adam, arxiv şəkli - Sputnik Azərbaycan
Ölkəyə daxil olan və çıxan maliyyə vəsaitlərinə nəzarət sərtləşdirilir

Bununla əlaqədar təklif olunan layihələrə əsasən, müvafiq olaraq qanunların əhatə etdiyi sosial sığorta, sosial müavinətlər, turizm, körpələrin qidalanması ilə bağlı müavinətlər və sair hesablaşmalar yalnız nağdsız qaydaya keçir. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 38.10-cu maddə əlavə edilir: "38.10. Təhsil haqlarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir".

"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 37.1-ci maddəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilir: "Əmək pensiyalarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir". Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin "h" bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəzlənməklə həmin hissəyə aşağıdakı məzmunda "x" bəndi əlavə edilir: "x) bu Məcəllə ilə işçiyə ödənilən bütün ödənişlərin "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilməsini təmin etmək".

"Nağdsız hesablaşmalar haqqında" qanunda dəyişikliklər edilməsi barədə" qanun layihəsi qanunun 3.4.4-cü maddəsində nəzərdə tutulmuş hesablaşmaların (əmək haqları, təqaüd, maddi yardım, müavinətlər, kompensasiyalar və təzminatların nağdsız qaydada həyata keçirilməsi ilə bağlı müddəaların) əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektlərinə şamil edilməməsini nəzərdə tutur.

Layihələr səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0