CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkəyə daxil olan və çıxan maliyyə vəsaitlərinə nəzarət sərtləşdirilir

© Sputnik / Murad OrujovToya pul yazdıran adam, arxiv şəkli
Toya pul yazdıran adam, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bundan sonra gömrük orqanları maliyyə monitorinqi orqanına məlumat verməli olacaq

BAKI, 13 iyun — Sputnik. Parlamentin bugünkü plenar iclasında "Valyuta tənzimi haqqında" qanuna dəyişikliyə baxılıb. Sputnik Azərbaycan xəbər verir ki, layihənin məqsədi — gömrük orqanları tərəfindən valyuta sərvətlərinin transsərhəd daşınması zamanı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması izləri aşkar olunduqda, bu izlərin tədqiqi və maliyyə monitorinqi orqanına ötürülməsi məsələlərini müəyyən etməkdən ibarətdir.

Təklif edilib ki, Azərbaycanın müvafiq icra hakimiyyəti orqanı valyuta sərvətlərinin Azərbaycana gətirilməsi və ya çıxarılması zamanı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin izlərini aşkar etdikdə, cinayətin izlərinin götürülməsi üçün tədbirlər görməli, əldə olunmuş sənədləri aidiyyəti üzrə cinayət təqibini həyata keçirən orqana göndərməli, habelə bu barədə məlumatı maliyyə monitorinqi orqanına təqdim etməlidir.

Layihə səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0