Milli Məclis növbədənkənar toplandı

© Sputnik / Murad OrujovЗдание парламента Азербайджанской Республики
Здание парламента Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
İclasın gündəliyinə 38 məsələ daxil edilib

BAKI, 13 iyun — Sputnik. Hazırda Milli Məclisin növbədənkənar plenar iclası keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 38 məsələ daxil edilib.

Рабочее место депутата парламента Азербайджана - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bu məsələ Milli Məclisin gündəliyindən çıxarıldı

"Bədən tərbiyəsi və idman haqqında", "Atçılıq haqqında", "Damazlıq heyvandarlıq haqqında", "Turizm haqqında", "Təhsil haqqında", "Sosial müavinətlər haqqında", "Sosial sığorta haqqında", "Məşğulluq haqqında", "Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında", "Terrorçuluğa qarşı mübarizə haqqında", "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında", "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında", "Bələdiyyə qulluğu haqqında", "Sığorta fəaliyyəti haqqında" qanunlarda dəyişikliklər müzakirəyə çıxarılacaq.

"İcbari sığortalar haqqında", "Nağdsız hesablaşmalar haqqında", "Əmək pensiyaları haqqında", "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında", "Valyuta tənzimi haqqında", "Terrorçuluğa qarşı mübarizə haqqında", "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunlarda dəyişikliklərə baxılacaq.

İclasda "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", "Dövlət qulluğu haqqında", "Məhkəmələr və hakimlər haqqında" qanunlarda, Vergi, Gömrük, Torpaq, Mənzil, Əmək, İnzibati Xətalar və Cinayət məcəllələrində dəyişikliklər müzakirə olunacaq.

"İşsizlikdən sığorta haqqında" yeni qanun layihəsinə baxılacaq.

Xəbər lenti
0