BAKI, 31 may — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında bir məsələ gündəlikdən çıxarılıb.
Sputnik Azərbaycan xəbər verir ki, gündəlikdən çıxarılan məsələ "İşsizlikdən sığorta haqqında" qanun layihəsidir.
Spiker Oqtay Əsədov məlumat verib ki, qanun layihəsi növbəti iclasda müzakirə olunacaq.
Qeyd edək ki, bu qanun işsizlikdən sığortanın təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir, işsizlikdən sığortanın subyektləri arasındakı münasibətləri tənzimləyir. Bu qanunun məqsədi Azərbaycan Respublikasının əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əmək haqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir.