CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çoxmənzilli binalar vahid qaydada idarə olunacaq

© Sputnik / Anar MustafayevЖилой дом в Баку
Жилой дом в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Binanın idarə edilməsi zamanı bu qaydaların tələblərinin pozulması məsuliyyətə səbəb olacaq

BAKI, 13 iyun — Sputnik. Milli Məclisin bugünkü plenar iclasında "Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi müzakirə edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi barədə danışıb.

Кредитная карта и POS-терминал, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Nağdsız hesablaşmalarla bağlı prioritetlər konkretləşdirilib

Mənzil Məcəlləsinin 2009-cu ildən qəbul edildiyini xatırladan Ə.Hüseynli bildirib ki, məcəllədə çoxmənzilli binaların idarə edilməsinin 3 forması müəyyən edilib: "Çoxmənzilli binalar ya bilavasitə, yəni, bir nəfərin seçilməsi, ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti, ya da əvvəlki qaydada idarə edilir. Məcəllədə çoxmənzilli binaların idarə olunmasının vahid qaydası nəzərdə tutulmamışdı. Bu dəyişiklik məhz çoxmənzilli binaların idarə olunmasının vahid qaydasını nəzərdə tutur".

"Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsinin məqsədi çoxmənzilli binanın (o cümlədən, kooperativ binanın) idarə edilməsi ilə bağlı mexanizmlərin təkmilləşdirilməsindən, idarəetmədə mənzil mülkiyyətçilərin daha yaxından iştirakının təmin olunmasından ibarətdir. Mənzil Məcəlləsinin XV fəsli çoxmənzilli binanın idarə edilməsi ilə bağlı müddəaları (çoxmənzilli binanın idarə edilməsi üsulu, çoxmənzilli binanın idarə edilməsi müqaviləsi, dövlət və ya bələdiyyə mülkiyyətində olan çoxmənzilli binanın idarə edilməsi, binanın mənzil mülkiyyətçiləri tərəfindən bilavasitə idarə olunması və s.) nəzərdə tutsa da, çoxmənzilli binanın idarə edilməsi ilə bağlı vahid qaydaların olmaması bu müddəaların həyata keçirilməsində problemlər yaradır.

Qanun layihəsinə əsasən, çoxmənzilli binanın idarə olunması ilə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək, bu binaların idarə edilməsi ilə bağlı müqavilələr həmin qaydaların tələblərinə uyğun olaraq bağlanılacaq, eyni zamanda, binanın idarə edilməsi zamanı bu qaydaların tələblərinin pozulması məsuliyyətə səbəb olacaq.

Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul olunub.

Xəbər lenti
0