Cinayət Məcəlləsində dəyişiklik edildi

© Sputnik / Sabina AliyevaCinayət məcəlləsi, arxiv şəkli
Cinayət məcəlləsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Min manatadək cərimə və iki ilədək müddətə islah işləri ilə cəzası əlavə olunub

BAKI, 13 iyun — Sputnik. Milli Məclisin növbədənkənar plenar iclasında Cinayət Məcəlləsində dəyişikliklərə baxılıb. Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliyə görə, məcəllənin 143-1-ci maddəsinin adında və dispozisiyasında "metodlarından" sözü "üsullarından" sözü ilə əvəz edilir.

Здание парламента Азербайджанской Республики - Sputnik Azərbaycan
Milli Məclis növbədənkənar toplandı

Mövcud mətndə göstərilir ki, dopinq vasitələrindən və (və ya) metodlarından istifadəyə məcburetmə — beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri ilə cəzalandırılır. Təklif olunan mətndə "metodlarından" sözü "üsullarından" sözü ilə əvəz edilir.

Dəyişikliklər "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında" 2016-cı il 29 noyabr tarixli qanununun tətbiqi ilə əlaqədar təklif edilir. Belə ki, dopinqə qarşı mübarizə sahəsində mövcud olan normativ hüquqi aktlarda "dopinq vasitələrindən və metodlarından istifadə" anlayışından istifadə edilsə də, bu sahədə yeni normativ hüquqi akt olan "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında" qanunda "dopinq vasitələrindən və metodlarından istifadə" anlayışından istifadə edilib. Bunu nəzərə alaraq, Cinayət Məcəlləsinin müvafiq maddəsində dəyişikliklərin edilməsi təklif edilir.

"Bədən tərbiyəsi və idman haqqında" qanunda, İnzibati Xətalar Məcəlləsində də müvafiq dəyişikliklər təklif edilib. Bildirilib ki, bu 3 qanun layihəsi bir paketdə parlamentə daxil edilib. Qanun layihələri səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0