CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda mobil rabitə düyünü: tərəflər məsuliyyəti üzərlərindən atır

CC0 / Free-Photos / phoneƏlində mobil telefon tutmuş adam, arxiv şəkli
Əlində mobil telefon tutmuş adam, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Problemin yaranmasında operatorlar məsuliyyəti üzərlərindən atır, nazirlik isə...

BAKI, 13 iyun — Sputnik. Azərbaycanda rabitə sahəsində yaranan problemlərlə üzləşən vətəndaşlar, nə vaxtsa bu problemlərin düzələcəyinə ümid edirlər. Bu dəfə də yaranan problem rabitə ilə bağlıdır.

© Photo : PUBLIC DOMAINAydınlar Partiyası sədrinin birinci müavini Qorxmaz İbrahimli
Aydınlar Partiyası sədrinin birinci müavini Qorxmaz İbrahimli - Sputnik Azərbaycan
Aydınlar Partiyası sədrinin birinci müavini Qorxmaz İbrahimli

Tanınmış ictimai-siyasi xadim Qorxmaz İbrahimli özünün "Facebook" səhifəsində başına gələn problemi qələmə alıb. O, qeyd edib ki, ötən günlərdə bəzi işləri ilə əlaqədar Türkiyədə olub və vətənə tez-tez zəng etmək məcburiyyətində qalıb.

Türkiyədə xarici ölkələrə zəng etmək üçün ən sərfəli paket olan "Alo" paketlə maraqlanıb. Bir çox ölkələr bu paketə qoşulsa da, qardaş Azərbaycan bu siyahıda olmayıb. Bu da insanları digər bahalı paketlərdən istifadə etməyə məcbur edir və əlavə xərcdir.

Sputnik Azərbaycan məsələni araşdırmaq üçün Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə sorğu göndərib. Sorğuya rəsmi cavab belə olub:

"Müraciətinizlə əlaqədar bildiririk ki, Türkiyədən beynəlxalq istiqamətlərdə, o cümlədən Azərbaycan istiqamətində təşkil olunan beynəlxalq telefon rabitəsi xidmətləri üzrə tarif paketləri və istiqamətlər həmin ölkənin operatorları tərəfindən müstəqil olaraq müəyyənləşdirilir və Azərbaycanda fəaliyyət göstərən mobil operatorların bu prosesə təsir etmək imkanı yoxdur. Bununla yanaşı, Türkiyədən Azərbaycan istiqamətində və əksinə beynəlxalq telefon rabitəsi yüksək sürətli, keyfiyyətli kanallarla, rabitənin dayanıqlığı və alternativliyi təmin olunmaqla təşkil olunub".

Sputnik Azərbaycan ölkədə fəaliyyət göstərən mobil operatorlar olan "Azercell", "Bakcell" və "Nar" mobil şirkətlərinə də sorğu göndərdib. Bir neçə gündən sonra "Bakcell" və "Nar" mobil sorğumuza cavab versə də, "Azercell" şirkəti sorğuya reaksiya verməyib.

Sim-kart - Sputnik Azərbaycan
Mobil nömrələrin satış qaydası dəyişdi

"Bakcell" şirkətinin mətbuat xidmətindən sorğuya cavab olaraq bildirilib ki, onlar başqa bir şirkətin paketi haqqında qaldırdığımız məsələyə münasibət bildirə bilməzlər.

"Nar" şirkətinin cavabı da eyni olub: "Nar" operatoruna bilavasitə aidiyyəti olmayan məsələyə münasibət bildirməyi məqsədəuyğun hesab etmirik".

Bir sözlə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və mobil operatorlar məsələni öz üzərilərindən atır. "Günah" qaldı qardaş Türkiyənin üzərində.

İT mütəxəssis və ekspert Vahid Qasımovun Sputnik Azərbaycan-a açıqlamasına görə, çox güman ki, söhbət İP telefoniyadan gedir: "Ucuz qiymətlərdən söhbət gedirsə, bu, İP telefoniya olacaq. İP telefoniyanın həyata keçirilməsi üçün müəyyən portların açıq olması lazımdır. Güman edirəm ki, bu, Türkiyənin maraq göstərməməsi ilə bağlı deyil. Bu, Azərbaycan tərəfin bunda maraqlı olmaması ilə bağlıdır".

"Çünki Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu cür xidmətlərin aktivliyində qətiyyən maraqlı deyil. Yəni, onlar hələ də əllərində köhnə telefon rabitəsini saxladıqlarına görə, bu cür kompaniyalar onların gəlirlərinə ziyan vurur. Ona görə də, özləri bəzi portları bağlayırlar ki, Azərbaycandan sputnik internetə qoşulmasın, İP telefoniyadan istifadə olunmasın" — mütəxəssis bildirib.

Onun sözlərinə görə, hətta bir müddət öncə Azərbaycan tərəfdən videozənglərə də məhdudiyyət qoyulmuşdu: "Səbəb isə o idi ki, nazirliyimiz Azərbaycan ilə xarici ölkələr arasında nazirliyin kanalları xaricində danışıqlar olmasında maraqlı deyildi. Çünki onlar burada pul itirirlər. "Azercell", "Nar" və "Bakcell"in heç bir günahı yoxdur. Birinci dərəcəli cavabdehlik nazirlikdədir və onlar öz xeyirlərinə görə belə edirlər".

Xəbər lenti
0