CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mobil nömrələrin satış qaydası dəyişdi

© sotovik.ruSim-kart
Sim-kart - Sputnik Azərbaycan
Abunə olmaq
SIM-kartların satışı bütün operatorlar üçün vahid qaydada həyata keçirilir

BAKI, 3 fev — Sputnik. Azərbaycanda SIM-kart satışının yeni qaydalarının tətbiq olunması vətəndaşların onlayn rejimdə eyniləşdirilməsini təmin edib. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə deyib.

Mobil telefonunun nömrə karti - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda mobil telefon nömrələrinin satışı dayandırıldı

Hökumətin qərarına əsasən, bu ilin fevralın 1-dən SIM-kartların satışı və onların qeydiyyata alınması bütün operatorlar üçün vahid qaydada və mərkəzləşdirilmiş sistemdə həyata keçirilir. Bundan sonra SIM-kartın satışı zamanı abunəçi haqqında məlumat həm mobil operatorların, həm də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat-Hesablama Mərkəzinə daxil edilir.

Bu, satışları sistemləşdirməyə və bu sahədəki mövcud çatışmazlıqları aradan qaldırmağa imkan verir. Çatışmazlıqlar operatorların abunəçi bazasının fərdi eyniləşdirmə nömrələrinə uyğun olaraq unifikasiyası yolu ilə aradan qaldırılıb.

Bundan başqa, mobil operatorların abunəçiləri üçün müxtəlif dövlət strukturlarından bildirişlər alınması kimi xidmətlərin işə salınması nəzərdə tutulur.

Xəbər lenti
0