Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Prezidentin mühafizəçiləri səhvən naziri öldürdülər

© Sputnik / Vitaly Ankov / Mediabanka keçidПистолет Макарова, фото из архива
Пистолет Макарова, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Somalidə təhlükəsiz xidmətinin əməkdaşları səhvən naziri öldürüb

BAKI, 4 may — Sputnik. Somalidə təhlükəsiz xidmətinin əməkdaşları səhvən ölkənin İctimai işlər və yenidənqurma naziri Abbas Abdullahini güllələyərək öldürüblər. APA-nın verdiyi xəbərə görə, insident paytaxt Moqadişoda, prezident sarayının qarşısındakı nəzarət-keçid məntəqəsində baş verib. Polis nümayəndəsi Nur Hüseynin sözlərinə görə, təhlükəsiz xidmətinin əməkdaşları avtomobildə terrorçuların olduğunu zənn edərək atəş açıblar.

Qeyd edək ki, Somalidə “Əl Qaidə” ilə əlaqəli olan “Əş-Şəbab” terrorçu qruplaşması fəaliyyət göstərir. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır. Ötən ilin iyun ayında Somalinin Ətraf mühit naziri Buri Həmzə “Əş-Şəbab” terror qruplaşmasının Moqadişoda otelə hücumu nəticəsində öldürülüb.

Xəbər lenti
0