Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Onu yemək bişirəndə taxmayın, gözünüz alışıb yana bilər

Linzalar
Linzalar - Sputnik Azərbaycan
Abunə olmaq
Qızlar hepatit, HİV, müxtəlif yoluxucu və infeksion xəstəlikləri törədən vasitəni könüllü olaraq gözlərində gəzdirirlər

BAKI, 11 may — Sputnik. Son zamanlar sosial şəbəkələrdə, mağazalarda rəngli linzaların satışına tez-tez rast gəlirik. Qiyməti 15 manatdan başlayan bu linzalardan çox adam istifadə edir. Amma mütəxəssislərin fikrincə, hər linzanı, hər gözə taxmaq olmaz. Yəni, linza almamışdan öncə həkimə müraciət edib müayinələrdən keçmək, sonra linza almaq lazımdır. Əks halda, bu, gözdə müxtəlif problemlərin yaranması ilə yanaşı görmə qabiliyyətinin itməsinə səbəb ola bilər.

Linza satışı ilə məşğul olan Fatimə Quliyeva deyir ki, onun satdığı bütün məhsullar Türkiyə istehsalı olan linzalardır. Buna görə də, o, satdığı məhsulun keyfiyyətinə əmindir və alıcılara zəmanət də verə bilir: "Mən satdığım məhsulların çoxunu Türkiyədən sifariş edirəm. Yəni, bilmədiyim məhsulu satmıram. Satdığım ən ucuz linzanın qiyməti 15, ən bahalısının qiyməti isə 150 manatdır. Linzalardan çox adam, əsasən də qadınlar istifadə edir. Linzaları satarkən alıcılara istifadə qaydaları haqqında da məlumat verirəm".

Göz - Sputnik Azərbaycan
SƏHİYYƏ
Dünyada 50 yaşından sonra hər 4-cü insanın fobiyası

F. Quliyeva deyir ki, linzaların istifadə qaydalarını internet saytlardan öyrənib. Amma 4-5 ildir linza satışı ilə məşğul olduğundan, linzalar haqqında hər şeyi bilir:

"Axı mən özüm də linzadan istifadə edirəm. İnsan özü istifadə etdikcə daha çox maraqlanır, məlumatlar əldə etməyə çalışır. Düşünürəm ki, satdığım məhsul kiməsə zərər vermiş olsaydı, xəbərim olardı. Bu günə qədər kimsə aldığı məhsuldan şikayət etməyib".

F. Quliyeva bildirir ki, daha çox 1 illik linzalar satır. Bir günlük, 1 aylıq, 3 aylıq və 6 aylıq linzalara da tələbat olduğu üçün satıcı bu məhsullardan da sifariş edir: "Linzanı gözə taxarkən əllər sabunla yuyulmalıdır. Göz qapağı açıldıqdan sonra linza ehmalca yerləşdirilməlidir. Linza gözdə olarkən yemək bişirmək, oda-ocağa yaxın getmək olmaz. Çünki bu zaman gözdə olan linza istinin təsirindən yığıla və gözə zərər verə bilər. Gözdə rəngli linza olan zaman kitab oxumaq, kompüterdən istifadə etmək məsləhət görülmür. Çünki bu görmə qabiliyyətini zəiflədə bilər. Linzalar gözdən çıxarıldığı zaman da əllər təmiz olmalıdır. Linza çıxarılıb qabına qoyulmalı və üzərinə xüsusi maye əlavə edilməlidir ki, qurumasın".

Müsahibimiz bildirir ki, başqasının istifadə etdiyi linzanı gözə taxmaq qəti qadağandır. Çünki bu zaman müxtəlif yoluxucu xəstəliklərə yoluxa bilərsiniz:

Человеческий глаз. Архивное фото - Sputnik Azərbaycan
Gözlər barədə bilmədiyimiz 12 gerçək

"Göz həssas orqandır. Əgər siz başqasının gözünə qoyduğu linzanı gözünüzə qoysanız, onun xəstəliklərini də qəbul etmiş olursunuz. Bu zaman sizə hepatit, HİV, müxtəlif yoluxucu və infeksion xəstəliklər asanlıqla keçə bilər. Buna görə də, linza istifadəsi zamanı çox diqqətli olmaq lazımdır. Gözə linza taxıb günəş vannası qəbul etmək olmaz. Qısacası, gözəllik qurban tələb edir. Əgər gözlərinizin rəngindən narazısınızsa, qaydalara əməl edərək linzalardan istifadə edin".

Oftalmoloq-cərrah Tahir Cəfərlinin sözlərinə görə, hər gözə linza taxmaq olmaz:

"Bəzən insanlar kontakt linzalara aksesuar kimi yanaşırlar. Amma unudurlar ki, hər gözə linza taxmaq olmaz. "Mən istəyirəm ki, gözümün rəngi "mersedesimlə" eyni rəngdə olsun, mən istəyirəm ki, gözümün rəngi çantamla eyni rəngdə olsun" fikirlərini qəbul edirəm. Yəni zövqlər müxtəlifdir. Amma həkim məsləhəti olmadan linza taxmaq bisavadlıqdır".

Oftalmoloq bildirir ki, linza istifadə edən hər bir şəxs həkim nəzarəti altında olmalıdır. Rəngi linzalar tibb elminə aid olmasa belə, həkim məsləhəti olmadan gözə linza taxmaq olmaz: "Kontakt linzaların taxılması HİV, hepatit və bu kimi xəstəliklərə səbəb ola bilər. Bəzən insanlar kontakt linzanı mağazadan alan kimi gözünə soxur. Hər bir şəxs bilməlidir ki, linza almamışdan öncə həkim müayinəsindən keçməlidir. Həkimlə məsləhət etməlidir ki, mənim gözümün şirəsi necədir, mən linza taxa bilərəmmi?"


T. Cəfərli hesab edir ki, həkim məsləhəti olandan sonra müəyyən zamanlarda rəngli linzalardan istifadə etmək olar:

"Rəngli linzaları bir günlük hansısa tədbirə, bayrama, ziyafətə taxmaq olar. Amma illərlə, aylarla gözdə rəngli linza gəzdirmək olmaz".

Mütəxəssisin sözlərinə görə, gözə linza taxarkən diqqətli olmaq lazımdır. Linzalardan istifadə zamanı əllərin təmiz olması çox vacibdir. Linzaları çirkli əllərlə və təmizləmədən taxan şəxslərin gözlərində iltihablanma və müxtəlif infeksiyalar yarana bilər.

Linzanı yatarkən çıxarmaq lazımdır. Çünki linzalar gözdə quruluq yaradır və gözü açıb-yumarkən gözə zərər verə bilər.

İstifadə müddəti bitən linzalardan istifadə etmək olmaz.

Dənizdə və yaxud hovuzda üzərkən linzaları çıxarmaq lazımdır.

Linzaları istidə və alışıcı maddələrin (aseton, neft, spirt və s.) yanında saxlamaq olmaz.

Xəbər lenti
0