BAKI, 10 iyun — Sputnik. Türk futbolunun əfsanəsi, 1988-ci ildə "Qalatasaray" klubunun heyətində milli çempionatda 39 qol vuraraq Avropanın ən məhsuldar futbolçusu kimi "Qızıl buts" mükafatına layiq görülmüş Tanju Çolak polis əməliyyatının gedişində saxlanılıb.
Bu barədə Sputnik Azərbaycan Hürriyet-ə istinadən xəbər verir.
İstanbulda saxlanılan Çolak polislər tərəfindən Ankaraya götürülüb.