CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Budəfəki "son zəng"in şərtləri tam fərqli olacaq

© Sputnik / Sergey Averin / Mediabanka keçidВыпускники во время празднования последнего звонка, фото из архива
Выпускники во время празднования последнего звонка, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu il məktəblərdə son zənglə bağlı tədbirlər "Formula-1" yarışları ilə əlaqədar olaraq maksimum məhdudlaşdırılacaq

BAKI, 9 iyun — Sputnik. Məktəblərdə son zənglə bağlı hələlik Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən heç bir təlimat gəlməyib. Lakin buna baxmayaraq, polis həmin gün gücləndirilmiş rejimdə işləyəcək. Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhləb Bağırov məlumat verib.

Bıçaq - Sputnik Azərbaycan
Gədəbəyli gənclər "Son zəng" tədbirində bir-birilərini bıçaqladılar

Bununla yanaşı, Nərimanov rayonunda yerləşən 193 saylı orta məktəbin direktoru Rəhim Hüseynov bildirib ki, məktəblərdə son zənglə əlaqədar olaraq təhlükəsizlik tədbirləri görüləcək və bu vacibdir. "Bizə hələ heç bir məlumat verməyiblər, amma biz artıq son zəngi necə keçirəcəyimizə qərar vermişik. Məktəbimizin yanında Nərimanov Rayon Polis İdarəsi var. Polis artıq öz təklifini verib" — deyə direktor bildirib.

Onun sözlərinə görə, Bakıda "Formula 1" Azərbaycan Qran-pri-sinin keçirilməsi ilə əlaqədar olaraq iyunun 14-də məktəblərdəki tədbirlər maksimum məhdudlaşdırılacaq: "Başqa heç bir tədbir planlaşdırılmayıb. Məktəbin həyətinə 11-ci buraxılış sinfinin şagirdləri və onların valideynləri toplaşacaqlar. Hətta, əvvəllər olduğu kimi 1-ci siniflər də dəvət olunmayıb".

"Formula-1"lə əlaqədar olaraq paytaxtın bir sıra yolları bağlanacaq və bu səbəbdən də Dənizkənarı Milli Parkda gəzintiyə imkan verilməyəcək. İki gündən sonra isə buraxılış sinfinin imtahanları olacaq. Odur ki, onların vaxta qənaət etməsi lazımdır.

Ayın 20-dən sonra buraxılış sinifləri öz arzularına uyğun olaraq restoranlara toplaşacaq və buraxılışı qeyd edəcəklər.

Xəbər lenti
0