BAKI, 15 iyun-Sputnik. Gədəbəydə "Son zəng" tədbirində insident olub.
Sputnik APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Çaldaş kəndində qeydə alınıb. Məktəbdən kənarda keçirilən "Son zəng" şənliyində baş verən kütləvi davada 1996-cı il təvəllüdlü Yaşar Nəbiye və onun əmisi oğlu 2001-ci il təvəllüdlü Röyal Nəbiyev bıçaqlanıb.
Y. Nəbiyev Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, R. Nəbiyev isə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Cinayəti törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Ramin Tağıyev və başqa bir nəfər saxlanılıb.
Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.