Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

NATO-nun planları Azərbaycanın müdafiə xərclərinə az təsir edəcək

© Sputnik / Murad OrujovADEX 2016 müdafiə sərgisi
ADEX 2016 müdafiə sərgisi - Sputnik Azərbaycan
Abunə olmaq
Səudiyyə Ərəbistanı ilə gərginliyin artması Tehranı Bakı ilə mehriban qonşuluq əlaqələrini inkişaf etdirməyə sövq edəcək və Azərbaycanın müdafiə xərclərini artırmaq üçün səbəblərindən biri azalacaq

Mixail Neyjmakov, Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki

NATO ölkələrinin hərbi xərclərinin ÜDM-nin 2%-dək artması istənilən halda mərhələli prosesdir. Bu vəzifənin yerinə yetirilməsi 2024-cü il üçün planlaşdırılır. ABŞ həqiqətən bu öhdəliklərin praktikada yerinə yetirilməsi üçün avropalı tərəfdaşlarına ciddi təzyiq göstərib. Lakin Alyansın avropalı üzvlərinin arasında da müdafiə xərclərinin artırılmasının tərəfdarları az deyil. Misal üçün, AFR-də Angela Merkel "Bundesverin belə görünür ki, sərmayələrə ehtiyacı olduğunu" bəyan edib və növbəti müddətə səlahiyyətləri təsdiqlənəcəyi halda bu maliyyələşməni təmin edəcəyinə söz verib.

Fransada 2017-ci ilin fevralında ÜDM-nin 2%-nin müdafiə xərclərinə ayrılmasının zəruriliyi barədə o zamankı müdafiə və hazırkı xarici işlər naziri Jan-İv Le Drian çıxış edib.

Müxalifətçi siyasətçilərdən Nikolya Sarkozi də eyni təkliflə çıxış etmişdi. O, Almaniyanın hərbi büdcəsinin Fransa büdcəsindən böyük olmasından təəssüflənmişdi: "Uzunmüddətli perspektivdə bu Fransanın təsirinin azalması, almanların iddiaları və Fransanın iddialarının olmaması deməkdir". Hazırkı prezident Emmanuel Makron hələ seçkiqabağı kampaniyası zamanı hərbi xərcləri ÜDM-nin 2%-dək artırmağa söz vermişdi. Düzdür, o, "çatmaq və ötüb keçməyə" söz vermirdi, çox ehtiyatla – 2025-ci il üçün bu vəzifənin yerinə yetiriləcəyindən danışırdı. Beləliklə, NATO ölkələrində hərbi xərclərin artması güman ki, yaxın illərdə baş verəcək. Amma ola bilsin ki, Vaşinqtonun gözlədiyi templərlə yox. Yeri gəlmişkən, Türkiyənin hərbi xərclərinin ÜDM-nin 2%-dək artırmaq kursunu 2017-ci ilin martında ölkənin XİN başçısı Mövlud Çavuşoğlu təsdiqləyib. 

Paris - Sputnik Azərbaycan
Avropalılar öz ciblərindən silaha pul verməlidirlərmi?

NATO-nun bu tipli planları Azərbaycanın müdafiə xərclərinə güman ki, az təsir edəcək. Bakını əlavə hərbi xərcləri artırmağa sövq edən aşkar amil mövcuddur – Qarabağ münaqişəsi.

Lakin problemin digər aspektinə də diqqət yetirmək lazımdır. Azərbaycan-İran münasibətləri son illərdə çox müsbət istiqamətdə inkişaf edirlər. Lakin iki ölkənin maraqları heç də həmişə üst-üstə düşmür, o cümlədən, Xəzər məsələsində. Buna baxmayaraq, Səudiyyə Ərəbistanı ilə gərginliyin artması Tehranı Bakı ilə mehriban qonşuluq əlaqələrini inkişaf etdirməyə sövq edəcək. İran müdafiə potensialını gücləndirmək üçün daha çox vəsaiti digər bölgələrə yönəldəcək. Bu, Xəzərdə sürətlə silahlanmanı məhdudlaşdıracaq və deməli, Azərbaycanın müdafiə xərclərini artırmaq üçün səbəblərindən biri azalacaq. Rusiya şübhəsiz ki, ordunun yenidən silahlanmasını həyata keçirəcək. Lakin ölkə rəhbərliyində yəqin artıq hiss ediblər ki, Tramp qurama təhlükələrin ustasıdır.

O çox vaxt ABŞ-ın minimal resurslarını sərf edərək münaqişə vəziyyətləri yaradır, lakin dünyanın müxtəlif ölkələrini ciddi narahatlığa və qüvvə sərfinə sövq edə bilir.

Bunun üçün 2017-ci ilin yazındakı Koreya yarımadası ətrafındakı növbəti böhranı yada salmaq kifayətdir. Vaşinqton postsovet məkanında da belə münaqişə ocaqlarını qızışdıra bilər. Məsələn, Qara dəniz bölgəsində gərginlik üçün kifayət qədər potensial var. NATO-da bunu Tramp gəlməmişdən də bilirdilər.  2016-cı ilin iyununda Alyansın baş katibi Yens Stoltenberq blokun bu zonada mövcudluğunu artırmağa çağırırdı. ABŞ belə bir oyuna Rusiyanı da çəkmək istəyəcək. Onlar Rusiyanın resurslarını xərcləyəcəyi ümidindədirlər. Burada şəxsi heç nə yoxdur – Tramp administrasiyası tərəfdaşlarla eyni üslubda işləyir. Buna baxmayaraq, Vladimir Putinin strateji sahədə təcrübəsi yaxşı məlumdur. Bu təcrübəli siyasətçi real təhlükələri yalançılardan ayıra bilir, o cümlədən, müdafiə xərclərinin planlaşdırılmasını.

Müəllifin rəyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.

Xəbər lenti
0