CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avropalılar öz ciblərindən silaha pul verməlidirlərmi?

Abunə olmaq
Fransızların, almanların, italyanların və ingilislərin dörddə biri ölkənin hərbi xərclərinin artırılması ilə bağlı suala cavab verməyə çətinlik çəkib

BAKI, 8 iyun — Sputnik. Fransa (35%), Almaniya (47%), İtaliya (53%) və Böyük Britaniya (25%) vətəndaşları öz ölkələrinin ÜDM-in 2%-ə qədərini müdafiə xərclərinə yönəldilməsi ilə razı deyillər. Bu nəticəyə Sputnik.Rəy-in sifarişi ilə bir sıra Avropa ölkələrində keçirilən sorğuya verilən cavablar gətirib. Eyni zamanda fransızların 44%-i, almanların 36%-i, italyanların 31%-i, ingilislərin isə yarıdan çoxu (54%) əks mövqedədir və silahlarda qənaətin tərəfdarı deyil.

Qeyd etmək lazımdır ki, Fransa və Böyük Britaniyada müdafiə xərclərinə ayrılan vəsaitlərin artırılması əsasən yaşlı nəslin nümayəndələri tərəfindən dəstəklənir. Almaniya və İtaliyada isə əksinə, yaşlı nəsil gənclərə nisbətən hesab edir ki, bu, lazımsız xərclərdir.

© © SputnikFransa, İtaliya, Almaniya və Böyük Britaniyada aparılmış sorğunun nəticələri
Fransa, İtaliya, Almaniya və Böyük Britaniyada aparılmış sorğunun nəticələri - Sputnik Azərbaycan
Fransa, İtaliya, Almaniya və Böyük Britaniyada aparılmış sorğunun nəticələri

İtaliyada kişilər qadınlara nisbətən daha tez-tez ölkədə silahlanmaya ayrılan xərclərin artırılması ideyasına qarşı çıxırlar (əleyhinə olan 52%-in 46%-i kişi və 41%-i isə qadındır). Şərqi (51%) və Qərbi Almaniyada (47%) silaha ayrılan xərcləri artıq hesab edənlərin sayı Berlinlə (38%) müqayisədə daha çoxdur. Şərqi İngiltərədə isə digər regionlarla müqayisədə bu tədbirləri zəruri hesab edənlərin sayı çoxdur (63% əleyhinə olanların 55%-i mərkəzdə, 54%,-i Londonda, ölkənin şimalında, həmçinin Uels, Şotlandiya və Şimali İrlandiyada, 50%-i isə cənubda yaşayır). 

Одна из центральных улиц Варшавы, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Avropalıların əksəriyyəti "Rusiya təhlükəsinə" inanmır

Fransa sakinlərindən rəyi soruşulanların 21%-i, Almaniyada 17%-i, İtaliyada 16%-i, Böyük Britaniyada 21%-i bu suala cavab verməyə çətinlik çəkib.

Sorğu Sputnik üçün Fransanın ictimai rəy sorğuları ilə məşğul olan IFOP şirkəti tərəfindən 21-25 aprel 2017-ci il tarixlərində Fransa, Almaniya, İtaliya və Böyük Britaniyada keçirilib.

Sputnik.Rəy layihəsi haqqında İctimai rəyin öyrənilməsi üzrə bu beynəlxalq layihə 2015-ci ilin yanvarından start götürüb. Layihənin tərəfdaşları kimi məşhur tədqiqat şirkətləri "Populus", "Forsa" və ictimai sorğu keçirən qocaman şirkətlərdən biri IFOP çıxış edir. Layihə çərçivəsində ən aktual məsələlər üzrə mütəmadi olaraq Avropa və ABŞ-da sorğular aparılır.

Sputnik (sputniknews.com) — onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radiodur. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

Sputnik.Rəy-in digər tədqiqatları ilə buradan tanış ola bilərsiz:

http://sputniknews.com/trend/sputnik_polls_2016/

Xəbər lenti
0