CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nardaranda son durum

© Photo : SalamNewsNardaran qəsəbəsi, arxiv şəkli
Nardaran qəsəbəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Məlum Nardaran hadisələrinin 2015-ci ilin noyabrında baş verməsinə baxmayaraq, əhalidən odlu silahın müsadirə olunması istiqamətində işlər davam edir

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 8 iyun — Sputnik. Nardaran qəsəbəsi dinə bağlı əhalinin mövqelərinin ənənəvi olaraq güclü olduğu yerlərdən sayılır.

2015-ci il noyabrın 26-da qəsəbədə keçirilmiş radikal islamçılara qarşı xüsusi əməliyyatdan sonra rəsmilər radikalizm və ekstremizmlə mübarizə üçün silsilə tədbirlər görməyə başlayıblar.

Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından verilən məlumata görə, 2016-cı ildən qəsəbədə yenidənqurma işləri həyata keçirilir. Bununla bağlı olaraq Ələsgərov küçəsində yerləşən mədrəsədə axtarış aparılıb. Buradan 473 ədəd qadağan olunmuş dini ədəbiyyat, 33 ədəd üstündə ərəbcə yazılar olan bayraq, 500 audiodisk və 10 videokasset müsadirə olunaraq götürülüb. Bütün bu predmetlər ekspertizaya göndərilib, mədrəsə isə bağlanıb. 

Polis, arxiv şəkli - Sputnik Azərbaycan
Nardaran hadisələri ilə bağlı növbəti məhkəmə başlayıb

Əhalidən odlu silahların müsadirə olunması istiqamətində işlər də davam etdirilir. Sonuncu olaraq iyunun 5-də qəsəbə sakini, 1974-cü il təvəllüdlü Ağamalı Ələsgərov dəniz kənarında tapdığı ov tüfəngini polisə təhvil verib. Qəsəbə ərazisində asayişin qorumasının keyfiyyətini yüksəltmək üçün burada Sabunçu rayonu 42-ci polis bölməsi yaradılıb.

Sabunçu rayonu İcra hakimiyyətinin Nardaran üzrə nümayəndəsi Əlikram Xəlilov Sputnik Azərbaycan-ın müxbiri ilə söhbətində qeyd edib ki, bu gün Nardaran Bakının digər yaşayış məntəqələrindən fərqlənmir. "Küçələrdə üstündə ərəbcə yazılmış qara bayraqlar yoxdur. Qəsəbə çox müasirləşib" — Xəlilov bildirib.

Onun sözlərinə görə, sökülmüş mədrəsənin yerində yol salınıb. 

Səyyar ASAN xidmət. Arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Səyyar ASAN xidmət Nardaranda

Xatırladaq ki, Nardaranda keçirilən xüsusi əməliyyatın gedişində "Müsəlman birliyi" hərəkatının lideri Taleh Bağırzadə və daha 14 nəfər saxlanılmışdı. Daha sonra qeyri-qanuni fəaliyyət göstərən təşkilatın daha 68 silahlı üzvü saxlanılıb.

Bağırzadə Cinayət Məcəlləsinin "Qəsdən adamöldürmə", "Qəsdən adamöldürməyə cəhd", "Qeyri-qanuni yollarla odlu silah əldə etmə", "Qeyri-qanuni odlu silah saxlama" maddələri ilə ittiham edilib. O, dini pərdə altında silahlı cinayətkar dəstə yaradıb və ölkədəki ictimai-siyasi sabitliyi pozmağa cəhd edib. Bu ilin yanvarında Bağırzadə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti
0