https://sputnik.az/20170119/nardaran-hadiseleri-ile-bagli-novbeti-mehkeme-baslayib-408511918.html
Nardaran hadisələri ilə bağlı növbəti məhkəmə başlayıb
Nardaran hadisələri ilə bağlı növbəti məhkəmə başlayıb
Sputnik Azərbaycan
Nardaran qəsəbəsində baş vermiş hadisə ilə bağlı saxlanılan Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilir 19.01.2017, Sputnik Azərbaycan
2017-01-19T16:57+0400
2017-01-19T16:57+0400
2021-11-16T20:49+0400
https://cdnn1.img.sputnik.az/img/40779/11/407791119_0:38:1200:716_1920x0_80_0_0_a6c9a5038ae836478487762affb4620d.jpg
nardaran qəsəbəsi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2017
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40779/11/407791119_0:0:1200:754_1920x0_80_0_0_7fd90826646b22ad52beec87d4dc98a2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, nardaran qəsəbəsi, elman ağayev, zeynal ağayev, zülfüqar mikayılov, elçin qasımov, taleh bağırov, baş mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsi, bakı ağır cinayətlər məhkəməsi, məhkəmə prosesi, azərbaycan
xəbərlər, nardaran qəsəbəsi, elman ağayev, zeynal ağayev, zülfüqar mikayılov, elçin qasımov, taleh bağırov, baş mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsi, bakı ağır cinayətlər məhkəməsi, məhkəmə prosesi, azərbaycan
Nardaran hadisələri ilə bağlı növbəti məhkəmə başlayıb
16:57 19.01.2017 (Yenilənib: 20:49 16.11.2021) Nardaran qəsəbəsində baş vermiş hadisə ilə bağlı saxlanılan Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilir
BAKI, 19 yan — Sputnik. Bakının Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Sputnik Azərbaycan-ın APA-ya istinadən verdiyi məlumata görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən şəxslərin bəzilərinin hüquqlarını müdafiə edən vəkillər olmadıqları üçün proses təxirə salınıb.
Hazırlıq iclası yanvarın 30-da davam etdiriləcək.
Qeyd edək ki, 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Nardaran qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində “Müsəlman Birliyi” hərəkatının rəhbəri Taleh Kamil oğlu Bağırov, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu və digərləri saxlanılıb.
Əməliyyat zamanı 2 polis əməkdaşı, 4 qəsəbə sakini həlak olub.
Nardaran hadisələri ilə bağlı saxlanılan şəxslərin cinayət işi üzrə istintaq bir neçə yerə ayrılıb. Onlardan Taleh Bağırov və digər 18 nəfərin cinayət işi üzrə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində proses keçirilir. Taleh Bağırovun müavini olan Elçin Qasımov və digər 12 nəfərin cinayət işi üzrə istintaq isə bir müddət əvvəl yekunlaşıb. Onların da məhkəmə prosesi davam edir.