Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Avropalıların əksəriyyəti "Rusiya təhlükəsinə" inanmır

CC0 / jackmac34 / WarsawОдна из центральных улиц Варшавы, фото из архива
Одна из центральных улиц Варшавы, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Almaniya və İtaliya əhalisinin əksəriyyəti Polşa və Baltikyanı ölkələr üçün "Rusiya təhlükəsinə" inanmır

BAKI, 25 may — Sputnik. İtaliyalılar, almaniyalılar və fransalılar Rusiyanın Polşa və Baltikyanı ölkələrə müdaxiləsinin mümkünlüyü ilə bağlı NATO-nun bəyanatlarına inanmırlar. Lakin ABŞ və Britaniya vətəndaşları başqa fikirdədirlər.

Reks Tillerson - Sputnik Azərbaycan
RUSİYA
ABŞ Rusiyaya qarşı sanksiyaların qaldırılması üçün şərtini açıqladı

Bunu NATO-nun Brüsseldəki sammiti ərəfəsində keçirilmiş Sputnik.Rəy sorğusu ortaya çıxarıb. Sorğu Sputnik informasiya agentliyi və radiosu üçün Ifop şirkəti tərəfindən keçirilib.

İtaliya və Almaniyada sorğu iştirakçılarının əksəriyyəti (müvafiq olaraq 69% və 60%) və fransalıların az qala yarısı (47%) Rusiyanın Polşa və Baltikyanı ölkələri zəbt etməsi planlarının mövcudluğuna inanmır. Bu fikri əsasən yaşlı nəslin yüksək təhsil səviyyəsi olan təbəqəsi dəstəkləyir.

Böyük Britaniya və ABŞ-da isə əksinə, təhsilli insanlar Rusiyanın Şərqi Avropaya müdaxiləsini istisna etmirlər. Bu fikirlə 43% britaniyalı və 55% amerikalı (əsasən Demokrat Partiyasının tərəfdarları) razılaşıb.

Sorğu Fransanın IFop şirkəti tərəfindən 21-25 aprel 2017-ci il tarixlərində Almaniya, Fransa, İtaliya və Böyük Britaniyada, 21-27 aprel 2017-ci il tarixlərində isə ABŞ-da keçirilib. Sorğuda 18 yaşından yuxarı 4005 respondent iştirak edib. Etibarlılıq 95% olmaqla, ölkə üzrə maksimal səhv göstəricisi 3,1%-dir.

2016-cı ilin iyununda NATO potensial "Rusiya təcavüzündən" müdafiə adı altında Litva, Latviya, Estoniya və Polşada dörd batalyon yerləşdirildiyini elan edib. Eyni zamanda, rəsmi Moskva heç vaxt alyans ölkələrinə hücum etməyəcəyini qeyd edib. Rusiya XİN-nin başçısı Sergey Lavrovun sözlərinə görə, NATO bunu gözəl bilir, amma Rusiya sərhədləri yaxınlığında daha çox qoşun yerləşdirilməsi üçün bəhanə kimi istifadə edir.

Xəbər lenti
0