BAKI, 7 iyun — Sputnik. Olimpiya Oyunlarının ikiqat gümüş mükafatçısı, dünya çempionu və Avropa Çempionatının ikiqat qızıl mükafatçısı, azərbaycanlı güləşçi Rövşən Bayramovun idman karyerasını bitirdiyi xəbəri yayılıb.
Sputnik Azərbaycan məsələni dəqiqləşdirmək üçün Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Mayis Musayevlə əlaqə saxlayıb. Mətbuat xidmətinin rəhbəri yayılan xəbərin şayiə olduğunu deyib: "Rövşən Bayramovla danışdım. O, karyerasına son qoymayıb və məşqlərini davam etdirir. Yayılan xəbərlər, sadəcə şayiədir".