BAKI, 7 iyun — Sputnik. İran parlamentində baş verən atışma nəticəsində yaralananların sayının 8 nəfərə çatdığı bildirilir. Sputnik İran-ın məlumatına görə, hücumçulardan biri təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.
İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sözçüsü Nəqəvi Hüseyni bir hücumçunun tutulduğunu bildirib. Tehranın cənubunda yerləşən Xomeyni türbəsi ətrafında da atışma davam edir.
— ZeroPointNow (@ZeroPointNow) 7 июня 2017 г.
Türbəyə hücum edən şəxslərdən biri partlayıcı qurğu ilə təchiz olunmuş jilet geyinib və özünü partladıb. Türbə yaxınlığında iki nəfərin öldüyü və beş nəfərin yaralandığı bildirilir. İki nəfər həbs olunub.
Eyni zamanda türbə yaxınlığında bir partlayıcı qurğu zərərsizləşdirilib. Hər iki ərazidə atışma davam edir. Artıq İran prezidenti Həsən Ruhaninin baş verən hücumları şəxsi nəzarətə götürdüyü bildirilir.
Baş verənlərin video-görüntüləri də yayılıb.
— IranTube (@IranTube) 7 июня 2017 г.