BAKI, 7 iyun — Sputnik. Dünyanın ən çox qazanc əldə edən idmançılarının siyahısı açıqlanıb.
APA-nın məlumatına görə, "Forbes" jurnalının tərtib elədiyi siyahının ilk pilləsində Madridin "Real" klubunun və Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldu qərarlaşıb. O, ötən 1 il ərzində 93 milyon dollar qazanıb.
Ən çox qazanan idmançılar arasında ikinci yeri amerikalı basketbolçu Lebron Ceyms ("Klivlend Kavalyers") tutur. Onun 1 illik gəliri 86,2 milyon dollar olub. Üçlüyü "Barselona" klubunun və Argentina millisinin futbolçusu Lionel Messi tamamlayıb — 80 milyon.