BAKI, 6 iyun — Sputnik. "Barselona"nın türk futbolçusu Arda Turanın milli oyun ərəfəsində Makedoniya ilə matçdan sonra təyyarədə jurnalist Bilal Meşeni döydüyü xəbərini vermişdik.
Sputnik Türkiyə xəbər verir ki, sözügedən jurnalist, hadisə ilə bağlı mətbuata açıqlama verib.
— Tribun Dergi (@tribundergi) 6 июня 2017 г.
"40 illik peşə həyatımda ilk dəfədir ki, bu cür hadisə ilə qarşılaşırdım. Millimizin Makedoniya ilə oyunundan sonra futbolçularla eyni təyyarəyə mindik. 12A nömrəli oturacaqda əyləşmişdim. Təyyarə hələ yerindən tərpənməmişdi, biz hələ kəmərlərimizi yeni taxmışdıq ki, birdən Ardanı ayaq üstə qarşımda gördüm. Yüksək səslə adımı çəkərək, özümə, ailəmə, əqidəmə pis söyüşlər söyməyə başladı. Sonra yumruq atdı, ancaq boşa çıxdı. Nə yaxşı ki, fotoqrafımız Vədat Danacı o an yanıma gələrək onu tutmağa çalışdı. Yoxsa həmin sərt yumruq mənə dəyəcəkdi. Daha sonra milli komandanın köməkçi məşqçisi Levent Şahin hadisəyə müdaxilə etdi. Ancaq Fatih Terim nədənsə Ardaya müdaxilə etmirdi. Düşünürəm ki, yaxşı ki, müdaxilə etmədi. Çünki iş daha da betər olardı" — jurnalist Bilal Meşe deyib.
"Milliyet"in yazarı bildirib ki, futbolçu Arda Turandan prokurorluğa şikayət edəcək.
Qeyd edək ki, "Milliyet" qəzetinin yazarı Bilal Meşe, 2016-cı il Avropa Çempionatı ərəfəsində Arda Turanın zəif oyun sərgiləməsini, onun Federasiyadan əlavə pul tələb eləməsi ilə əlaqələndirmişdi. Arda Turan isə sözügedən iddiaları təkzib edərək, Bilal Meşeni şərəfsiz adlandırmışdı.