Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

İnsana faydalı və zərərli olan qidalar

© AFP 2024 / KARL-JOSEF HILDENBRANDAlmaniyadakı Oktoberfest xalq şənliyində pivə paylayan adam
Almaniyadakı Oktoberfest xalq şənliyində pivə paylayan adam - Sputnik Azərbaycan
Abunə olmaq
İnsanların gündəlik rasionlarına daxil etməli olduqları 10 vacib və rasiondan çıxarmalı olduqları 5 zərərli qida haqqında

BAKI, 6 iyun — Sputnik. Üz insan orqanizminin aynasıdır. İnsanın daxili orqanlarında baş verən proseslər mütləq sifətə yansıyır. Artıq piylər vitamin çatışmazlığının əlamətidir və onlar sifətdə çox tez-tez sızanaqların peyda olmasına səbəb olurlar. Qızardılmış və acılı qidalardan xoşlananların gözlərinin altında şişkinlik müşahidə edilir. Təzə meyvə və tərəvəz qəbul etməyənlərin dərisi tez qırışır və elastikliyini itirir. Qarabaşaq (qreçka) və kərəviz insan orqanizmi üçün çox xeyirli qidalar sayılır. Lakin onlar üzün rənginin yaşıla çalmasına və darıxdırıcı görünüşünə səbəb olur. Ona görə də elə balans yaratmaq lazımdır ki, həm orqanizm sağlam olsun, həm insan gənc qalsın, həm də üzün dərisi çəhrayıya çalsın. Təsadüfi deyil ki, qədimlərdən bu günümüzə qədər sifəti çəhrayıya çalan insanlar ən sağlam və yaraşıqlı insanlar hesab edilir.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla insan üçün ən sağlam 10 və ən zərərli 5 qidanı təqdim edir.

1. Süd məhsulları: kefir, kəsmik, süddən hazırlanmış içki. Onlar vitaminlər və təbii probiotiklərlə zəngin olur. Bağırsaqların işini asanlaşdırır, dərini gözəlləşdirir. Lakin onlardan həddindən artıq istifadə etmək olmaz. Bu, mədə-bağırsaq sisteminin pozulmasına, turşuluğun artmasına (qastrit, mədə xoraları, yaxud onikibarmaq bağırsaq, kolit xəstəliklərinin yaranmasına) səbəb olur. Əgər sizin həmin problemləriniz yoxdursa, hər gün 1 stəkan kefir için, yaxud 100-150 qram yağsız təzə kəsmik yeyin. Dietoloq-qastroenteroloq Svetlana Berejnaya tövsiyə edir ki, yoqurtlar təbii kefirlərlə müqayisədə şəkərlə qarışıq olduğu üçün kalorilidir və adamı kökəldir. 

Gün eynəyi taxmış gənc qadın - Sputnik Azərbaycan
SƏHİYYƏ
Bu eynəkləri taxmaq sağlamlığınıza ciddi ziyan vura bilər

2. Həftədə heç olmasa 1 dəfə 150-180 qram həcmində dəniz məhsullarını mütləq yemək lazımdır. Onlar Omeqa 3 yağları, vitaminlər, minerallar və mikroelementlərlə, xüsusilə sinklə zəngindirlər. Ən yaxşısı balığı qaynadıb, ya da folqaya büküb yağsız bişirib yeməkdir. Çalışıb qızılbalıq, paltus, skumbriya, kambala kimi əsl dəniz balıqlarını yemək lazımdır.

3. Rasiona gündəlik olaraq 1-2 ədəd yumurta əlavə etmək lazımdır. O, dərini qocalmağa qoymayan kalsium və lesitinlə zəngindir.

4. Toyuq əti ideal protein mənbəyidir. Hər gün 150-180 qram toyuq əti, xüsusilə də file yemək lazımdır.

5. Mal əti sink və B2 vitamini ilə zəngindir. O, dərin qırışları, dəridəki çatları və yaraları örtməyə qadirdir. Bununla belə, qırmızı ətin həddindən artıq istehlakı orqanizmin erkən yaşlanmasına gətirib çıxarır. Bu səbəbdən də həftədə 150-200 qramdan artıq qırmızı ət yemək olmaz.

6. Təbii keyfiyyətli və tərkibinə spirt əlavə olunmayan pivə faydalıdır. Onun tərkibi B1 və В12 vitaminləri ilə zəngindir. Pivədəki selen və PP vitaminləri, nikotin turşusu kiçik qan damarları (kapillyarlar) və hörümçək damarların fəaliyyətini yaxşılaşdırır. Kişilər gün ərzində açıq rəngli pivədən 0,5 litr, qadınlar isə 0,33 litr (hər gün olmaz, həftənin 5 gününü içmək və 2 gün isə istirahət etmək lazımdır) içə bilərlər. Əgər gün ərzində bu ölçüdən çox pivə içsəniz, onda gözlərinizin altında şişkinlik yaranacaq və üzünüz torpaq rəngi alacaq. Necə deyərlər, kəmiyyət keyfiyyəti öldürür. 

Toy mərasimi, arxiv şəkli - Sputnik Azərbaycan
SƏHİYYƏ
Hər 100 ailədən 30-u bu dərdi çəkir

7. Qozun tərkibində olan yağlar, dərinin elastikliyini təmin edir. Qoz orqanizm üçün ideal qidadır. Amma onu gün ərzində 40-50 qramdan artıq yemək olmaz.

8. Orqanizmin sağlamlığı üçün ideal tərəvəz brokkolidir. Onun tərkibindəki dəmir, A, C və B vitaminləri insanı gözəlləşdirir.

9. Çiyələk (giləmeyvələrin hamısı) və yaşıl çay vitamin və mikroelementlərlə doludur. Onlar orqanizmi sərbəst radikallardan qoruyurlar. Orqanizm və dəri üçün ideal qida sayılırlar. Lakin onları da həddindən artıq istifadə etmək olmaz. Onlar allergiya yarada və qan təzyiqini aşağı sala bilərlər.

10. Albalı (təzə və ya dondurulmuş) yaşlanmanı yavaşladan və immunitet sistemini ideal səviyyəyə daşıyan güclü antioksidanlarla zəngindir. Albalının rəngi tündləşdikcə, tərkibindəki vitamin miqdarı da artar. Maddələr mübadiləsini sürətləndirir və yağların əriməsinə səbəb olur. Əzələlərdəki fiziki yorğunluqla bağlı ağrıları, yorğunluğu aradan qaldırır. Albalı qaraciyəri təmizləyən ideal vasitədir. Ürək və anemiyaya qarşı faydalıdır. Dəmir, maqnezium, qan dövranını və dərialtı kapillyarların fəaliyyətini tənzimləyən orqanik turşularla zəngindir. Albalıda külli miqdarda meyvə turşuları (kəhrəba, limon və alma) var. Onu acqarına yemək olmaz. Amma gündə 150-200 qram albalı yemək lazımdır. O, artıq çəkidən də azad edir.

Bunları bilmək vacibdir:

1. Həddindən artıq alkoqol qəbul etmək orqanizmdə tiamin (vitamin B12) çatışmazlığına səbəb olur. Bu isə beynin işini ləngidir və dərinin tez qocalmasına səbəb olur. Alkoqol qaraciyər problemlərini yaradan birinci amildir. O piylənmə hepatozu (qaraciyər piylənməsi) yaradır. Orqanizmdə maddələr mübadiləsinin pozulmasına səbəb olur. 

Şəkər tozu - Sputnik Azərbaycan
SƏHİYYƏ
Bu qida sizi sürətlə narkomaniyaya aparır

2. Həddindən artıq duz və şəkər sellülitin yaranmasına səbəb olur. Maddələr mübadiləsini pisləşdirir, dəridə səpkilərin əmələ gəlməsinə səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatı insan üçün gündəlik duz normasını 5 qram müəyyən edib.

3. Trans yağlar sənaye yağlarıdır və onları süni yollarla alırlar. Onlar bizim bədən hüceyrələrimizə daxil olaraq maddələr mübadiləsini pozurlar. Onlar həzm olunmadığından orqanizmə yığılır və pis ifraz olunurlar. Onlar toksinlərin və bir çox xəstəliklərin yaranmasına səbəb olurlar. Bu yağlara ən çox peçenye, tort, çips, yarımfabrikatlar, süni balıq və yengəc çubuqları, "qismən hidrogenləşdirilmiş", "bərkimiş", "modifikasiya olunmuş" yağların tərkibində rast gəlmək mümkündür. Bu yağlar artıq çəki yaradır, ürək-damar xəstəliklərini törədir, damarların divarlarını tutur, qan dövranını və maddələr mübadiləsini əngəlləyirlər.

4. Qlüten elə bir zülaldır ki, nazik bağırsaqda yapışqan yaradır. Həzm sisteminin fəaliyyətini əngəlləyir, qarında köp və ishal yaradır. Buğda çörəyini az yeyin, çünki ağ çörəyin tərkibində qlütenlərin sayı bol miqdardadır. Əgər siz xəmirdən hazırlanmış yeməklərdən vaz keçə bilmirsizsə, buğda və düyü ununa üstünlük verin. Onların kalorisi də azdır.

5. Təkrar emal edilmiş qidalardan uzaq durun. Təkrar istifadə olunmuş yağların tərkibində zərərli maddələr toplanır. Onlar getdikcə dərini aşındırır, dəridə gərginlik, şişkinlik və qırışlar əmələ gətirir.

Xəbər lenti
0