Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bu qida sizi sürətlə narkomaniyaya aparır

CC0 / 422737 / SugarŞəkər tozu
Şəkər tozu - Sputnik Azərbaycan
Abunə olmaq
Alimlərin yeni araşdırması, gündəlik rasionumuzun ayrılmaz tərkib hissəsi olan şəkərlə bağlı dəhşətli reallığı ortaya çıxarıb

BAKI, 14 dek — Sputnik. Qənd alkoqol və narkotik kimi asılılıq yaradırmış. Sputnik xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Amerikanın Prinston Universitetinin alimləri açıqlama veriblər. 

Mütəxəssislər bununla bağlı bir ay ərzində siçovullar üzərində eksperiment aparıblar. Onlar bir müddət bu gəmiriciləri şəkərə alışdırıblar. Sonra isə onları şəkər dietasına oturdublar. Belə ki, siçovullara verilən günlük şəkərin miqdarı tədricən azaldılıb. Sonra isə şəkər tamamilə siçovulların rasionundan çıxarılıb.

Süni qida - Sputnik Azərbaycan
SƏHİYYƏ
Süni qidaların təbliği qadağan edildi

Siçovulların vəziyyəti getdikcə pisləşməyə başlayıb. Onlar halsız olmaları ilə diqqət çəkib. Mütəxəssislər onların orqanizmdə qlükozanın səviyyəsini qaldırmaq üçün onlara tərkibində spirt olan qidaları verməyə başlayıblar.

Buna baxmayaraq, gəmiricilərin fəallığı nəzərəçarpacaq dərəcədə aşağı düşüb. Onlar, hətta tədqiqatın aparıldığı hücrələrə olan maraqlarını da itiriblər. Əvvəlcə özlərini dəli kimi aparan, hara gəldi vuran siçovullar, sonra ya ölüblər, ya da mütəxəssislərin müdaxiləsi ilə xilas ediliblər.

Alimlərin sözlərinə görə, qənd, onun tərkibində olan dopamin ("xoşbəxtlik hormonu") səbəbindən asılılıq yaradır. Onlar qeyd ediblər ki, şəkər güclü asılılıq yaradan şeylərin (alkoqol və narkotikin) qəbuluna da maneçilik törədir. Alkoqoldan və narkotikdən çox istifadə edən insanların, tərkibində şəkər olan şeyləri xoşlamaması da bununla əlaqədardır.

Ardıcıl olaraq tərkibində alkoqolun az olduğu içkiləri içən insanlar, bir müddət sonra daha güclü tərkibi olan içkilərə meyl göstərməyə başlayırlar. Asılılıq isə o zaman üzə çıxır ki, artıq heç bir içki adamın alkoqola olan tələbatını ödəmir. Bir çox hallarda alkoqoldan ölən insanların qeyri-ənənəvi yollara üstünlük verdiyi müəyyən olunub. Məsələn, bir neçə halda alkoqol asılılığı olan insanın spirtli içkini iynə şəklində damara vuraraq öldüyü müəyyən edilib. Bəzən isə, heç nə ilə ovunmayan alkoqoliklər intihara üstünlük verirlər.

Eyni şey narkomanlarda da baş verir. Onlar əvvəl yavaş-yavaş aşağı dozalı narkotiklərdən başlayırlar. Sonra dozanı artırırlar. Əvvəllər tüstü şəklində qəbul edilən narkotiklər, sonra nəfəs yolu ilə və iynə vasitəsilə orqanizmə çəkilməyə başlayır. Bir çox hallarda isə onlar ya aşırı dərəcədə doza qəbul etmələri səbəbindən ölürlər, ya da heç nə ilə ovunmayaraq intihar edirlər.

Prinstonlu mütəxəssislər, eyni şeyin şəkərlə bağlı da baş verdiyini deyirlər. Bəzən ifrat dərəcədə şəkər qəbul edən insanlar müxtəlif xəstəliklərə düçar olurlar. Onlardan ən başlıcası isə şəkər çatışmazlığıdır. Bu, bir çox hallarda öldürücü olur.

Xəbər lenti
0