BAKI, 6 iyun — Sputnik. Futbol üzrə Türkiyə millisinin baş məşqçisi Fatih Terim "Barselona"nın yarımmüdafiəçi Arda Turanı milli komandadan uzaqlaşdırıb.
Sputnik Azərbaycan "Milliyet"-ə istinadən xəbər verir ki, məşqçinin belə bir qərar verməsinə səbəb, Ardanın təyyarədə “Milliyet” qəzetinin idman müxbiri Bilal Meşeyə hücum edərək, onu söyməsi və vurması olub.
Ulduz futbolçu DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Kosovo ilə keçiriləcək qarşılaşmada iştirak etməyəcək.