BAKI, 5 iyun — Sputnik. Kişi boksçulardan ibarət Azərbaycan milli komandasının iyunun 16-da Ukraynanın Xarkov şəhərində start götürəcək Avropa çempionatı üçün heyəti müəyyənləşib. 9 gün davam edəcək yarışda ölkəmiz tam heyətlə təmsil olunacaq.
Sputnik Azərbaycan Boks federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi Leonid Loivskinin rəhbərlik etdiyi məşqçilər korpusu qitə çempionatında 10 boksçuya şans verəcək.
Komandamızı 49 kq-da Məsud Yusifzadə, 52 kq-da Elvin Məmişzadə, 56 kq-da Tayfur Əliyev, 60 kq-da Cavid Çələbiyev, 64 kq-da Lorenzo Sotomayor, 69 kq-da Pərviz Bağırov, 75 kq-da Kamran Şahsuvarlı, 81 kq-da Eldar Quliyev, 91 kq-da Abdulqadir Abdullayev, +91 kq-da Məhəmmədrəsul Məcidov təmsil edəcək.