Dollar tənəzzül edir

Abunə olmaq
Həm "qara bazar"da, həm də banklararası ticarətdə ABŞ valyutası ucuzlaşıb

BAKI, 2 iyun — Sputnik. Bu gün səhərdən "qara bazar"da dolların alışı ucuzlaşıb. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, səhər saatlarında dolların alışı 1.6900 manatdan 1.6850 manata düşüb. ABŞ valyutasının satışı isə 1.6950 manat məzənnəsi ilə aparılır.

ABŞ dollarları, arxiv şəkli - Sputnik Azərbaycan
Dolların "qara bazar"ına "qan ağladırlar"

Dollardan fərqli olaraq, avro "qara bazar"da bahalaşıb. Belə ki, Avropa valyutasının alışı 1.8500 manatdan 1.8600 manata, satışı isə 1.8900 manatdan 1.9000 manata kimi yüksəlib.

İyun ayının 2-də banklararası ticarətdə də dollar ucuzlaşıb. "Bloomberg" terminalında dollar günə 1.6920 manat məzənnəsi ilə başlayıb. Bu isə ötən günlə müqayisədə dolların manat qarşısında 0,21% dəyər itirməsi deməkdir. Ötən gün "Bloomberg"də dollar ticarəti 1.7074 manat məzənnəsi ilə yekunlaşmışdı.

Qeyd edək ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini "Bloomberg" platformasında əks etdirir. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks "Bloomberg" ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.

Xəbər lenti
0