BAKI, 5 iyun — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvləri təyin edilib:
Dövlət orqanlarından:
Quliyev Cəmaləddin Həsən oğlu
— Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri
Həsənov Rasim Aydın oğlu
— Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin mətbu nəşrlər üzrə qrupunun rəhbəri
Hümbətov İntiqam Rəsul oğlu
— Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri
Kütləvi informasiya vasitələrindən:
Həsənov Həsən Zal oğlu
"Xalq qəzeti"nin baş redaktoru
Hüseynov İlqar Məmməd oğlu
— "Trend" İnformasiya Agentliyinin baş direktoru
Quliyev Bəhruz Vaqif oğlu
— "Səs" qəzetinin baş redaktoru
Jurnalist təşkilatlarından:
Əskərov Ramiz Baxşəli oğlu
— Azərbaycan Jurnalistlər Birliyinin baş katibi
Mirzəyev Ayaz Nizami oğlu
— "Azərbaycan Jurnalistlər Şəbəkəsi" İctimai Birliyinin sədri
Rüstəmov Əvəz Cahangir oğlu
— "Ruh" Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin sədri.
Digər bəndə əsasən isə "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 3 iyun tarixli 2923 nömrəli Sərəncamının 1-ci hissəsi ləğv edilir.