BAKI, 25 may — Sputnik. Misir dövləti, bir neçə xarici xəbər agentlikləri, o cümlədən "Əl-Cəzirə" də daxil olmaqla, 21 saytı bloklayıb. Sputnik Azərbaycan "Reuters"-ə istinadən xəbər verir ki, bu barədə Misirin İnformasiya Nazirliyi məlumat yayıb.
Nazirlik, həmin saytları terrorizmi dəstəkləməkdə ittiham edib. Qeyd olunur ki, terrorizm və ekstremizmi dəstəklədikləri və yalan informasiyalar yaydıqları üçün həmin media orqanlarına qarşı hüquqi tədbir görüləcək.