Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Dünya Kuboku yarışlarında 45-dən çox ölkənin idmançıları iştirak edəcək

© Sputnik / Ilham AhmadovAtıcılıq klubu
Atıcılıq klubu - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda "Qəbələ" Atıcılıq Klubu tərəfindən bu beynəlxalq yarışa ciddi hazırlıq işləri görülür

BAKI, 2 iyun — Sputnik. Qəbələdə atıcılıq üzrə Dünya Kuboku yarışlarında 45-dən çox ölkənin idmançıları iştirak edəcək.

Qəbələ rayonu bu günlərdə daha bir beynəlxalq idman tədbirinə ev sahibliyi edəcək. Gənclər və İdman Nazirliyinin dəstəyi, "Qəbələ" Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə iyunun 6-da Qəbələ rayonunda gənclər arasında olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku uğrunda yarışlara start veriləcək."Qəbələ" Atıcılıq Klubunun mətbuat xidmətindən bildirilib ki, Qəbələnin Bum qəsəbəsindəki Stend və Ox Atıcılığı Kompleksində təşkil ediləcək yarışlarda 45-dən çox ölkədən 900-ə yaxın idmançı, eləcə də rəsmi qonaqlar iştırak edəcək. Onlar arasında dünyanın tanınmış atıcıları, eləcə də dünya və Avropa çempionları, olimpiya oyunlarının qalibləri də olacaq. İyunun 14-dək davam edəcək mötəbər yarışda güllə atıcıları 10 dəst medal uğrunda mübarizə aparacaqlar. Oğlan və qızlar yarış zamanı tapança və tüfəngdən 10, 25 və 50 metr məsafəyə atəş açaraq hədəfi vurmaq uğrunda bacarıqlarını nümayiş etdirəcəklər.

Hazırda "Qəbələ" Atıcılıq Klubu tərəfindən bu beynəlxalq yarışa ciddi hazırlıq işləri görülür. İdmançıların və rəsmi qonaqların qarşılanması, yerləşdirilməsi üçün lazımi şərait yaradılıb. Bir neçə ölkədən idmançıların yarışdan 2 gün öncə Qəbələyə gələcəyi və təlim-məşq toplanışlarında iştirak edəcəyi gözlənilir. Yarışın rəsmi açılış mərasimi iyunun 7-də olacaq.Qeyd edək ki, Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq keçiriləcək bu yarış Avropa və Dünya çempionatından sonra ən mühüm yarışlar sırasındadır.

Xəbər lenti
0