Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Sürücülərin diqqətinə: avtomobilləriniz bu ərazilərdən yığışdırılacaq

© Sputnik / Anar MustafayevАвтомобили, припаркованные на одной из улиц Баку, фото из архива
Автомобили, припаркованные на одной из улиц Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Əks halda yarışa hazırlıq işlərinin plana uyğun şəkildə reallaşdırılmasına maneçilik törədən avtomobillər evakuator vasitəsilə yaxın ərazidə olan parklanma yerlərinə aparılacaq

BAKI, 1 iyun — Sputnik. Azərbaycanda Formula 1 yarışının təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il 23-25 iyun tarixlərində paytaxtda baş tutacaq Azərbaycan Qran Prisi ilə əlaqədar hazırlıq işlərini gücləndirilmiş rejimdə davam etdirir.

Bakı Şəhər Halqasının mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hazırda trek ətrafında təhlükəsizlik baryerlərinin, əlavə qoruyucu hasarların və tribunaların quraşdırılması işləri və həmçinin trek boyunca asfalt örtüyündə təmir-bərpa işləri aparılır. Şəhərin mərkəzi küçələrində nəqliyyatın və piyadaların hərəkətində fasilələrin yaranmaması üçün işlər adətən gecə saatlarında həyata keçirilir.

Bu səbəbdən şəhər sakinlərindən xahiş olunur ki, işin gedişatına maneçilik törətməmək üçün avtomobillərini 1-25 iyun tarixləri ərzində saat 22:00-dan 06:00-dək trekin keçdiyi bütün küçələrdə, xüsusən də Xəqani, İstiqlaliyyət və Əziz Əliyev küçələrində və həmçinin Qoşa Qala Qapılarının qarşısındakı hissədə saxlamasınlar, əvəzində alternativ parklanma yerlərindən istifadə etsinlər. Əks halda yarışa hazırlıq işlərinin plana uyğun şəkildə reallaşdırılmasına maneçilik törədən avtomobillər evakuator vasitəsilə yaxın ərazidə olan parklanma yerlərinə aparılacaq.

Xəbər lenti
0