Professor: Azərbaycanın buraxdığı şərabların keyfiyyəti heç də fransız şərablarından geri qalmır
Bu ilin doqquz ayının sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə prezident İlham Əliyev üzümçülüyü şərabçılığa çevirməyin vacibliyini bildirib.
Sputnik-ə münaisbət bildirən "Az-Granata" şirə və şərab emalı zavodunun direktor müavini, texnika elmləri doktoru, professor Vüqar Mikayılov Azərbaycan şərabının yaxşı perspektivləri olduğnun deməklə yanaşı problemlərdən də danışıb:
"Sovet dövründə, yalnız günəş şüasının altında çənlər qalırdı. Keyfiyyətsiz ordinar şərablar buraxılırdı. Hazırda Azərbaycanın buraxdığı şərabların keyfiyyəti heç də fransız şərablarından geri qalmır”-, deyə professor bildirib. Onun fikrincə, əsas problem yerli məhsulun ixracı və xaricdə tanınması ilə bağlıdır.