CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bankın qarşısında özünü yandıran şəxsdən xəbər var

© Sputnik / Murad OrujovPul sayan adam, arxiv şəkli
Pul sayan adam, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Əkrəm Həsənov: "Kollektorlar tərəfindən qorxudulmuş və küncə sıxışdırılmış bank müştəriləri kreditləri təcili surətdə ödəmək əvəzinə intihara üstünlük verirlər"

BAKI, 31 may — Sputnik. Mayın 24-də Bank Respublikanın Azneft meydanındakı filialı qarşısında özünü yandıran 64 yaşlı Ramiz Manafovu müalicə olunmaq üçün Türkiyə klinikasına aparıblar.

Bu barədə Sputnik Azərbaycan-a Respublika Yanıq Mərkəzindən məlumat verilib.

Sputnik Azərbaycan-ın daha əvvəl də verdiyi məlumata görə, Manafovun dəri örtüyünün 70%-i yanıb, başı isə ciddi xəsarət alıb. Pasiyentin yaşama şansı minimaldır. Kişi üzərinə benzin tökərək özünü yandırıb. Filialın əməkdaşları yanğınsöndürən balonun köməyi ilə kişinin tamam yanmasının qarşısını alıblar.

Manafov xəstəxanada etiraf edib ki, bu yolla bankın onun böyük pul borcunun yarandığı barədə qərarına etiraz edib. 

Alov, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
İntihara cəhd edən şəxsin bankla münaqişəsinin detalları məlum oldu

Manafovun yaxınlarının sözlərinə görə, bankı işçiləri onu borcun əvəzində evini əlindən almaqla təhdid ediblər.

Məlum olub ki, Manafovu Türkiyəyə müalicəyə külli miqdarda borclu olduğu Bank Respublika-nın vəsaitləri hesabına aparıblar. Bankın rəhbərliyi başa düşür ki, baş verənlərə görə qismən də olsa məsuliyyət daşıyır. Hüquq-mühafizə orqanları isə bildiriblər ki, son illərdə Azərbaycan bankları borcluları kreditləri ödəməyə məcbur etmək üçün kollektorların xidmətindən istifadə etməyə başlayıb. Ola bilsin, Manafov da kollektorların təzyiqinin qurbanı olub.

Bank Respublika Manafovla bağlı vəziyyəti Sputnik Azərbaycan üçün şərh etməkdən imtina edib.

Xatırladaq ki, vətəndaş özünü yandırandan sonra bank bu barədə rəsmi açıqlama hazırladığını bəyan etmişdi. Lakin üstündən bir həftə vaxt keçməsinə baxmayaraq, vəd edilən bəyanat verilməyib.

Maliyyə məsələləri üzrə ixtisaslaşmış hüquqşünas Əkrəm Həsənov Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, Azərbaycanda fiziki şəxslərə kütləvi şəkildə kredit verən bütün banklar — Bank of Baku, Unibank, Bank Respublika, VTB, Yapi Kredi və digər banklar — kollektor xidmətindən istifadə edirlər.

"Bir vaxtlar Azərbaycandakı bütün banklar "kim daha çox istehlak krediti verəcək" deyə bir-biriləri ilə yarışa girmişdilər. Onlar hətta bir-birilərinin müştəriləri kredit almağa cəlb etməyi yaxşı bacaran işçilərini cəlb edirdilər. Məlum olduğu kimi Azərbaycanda istehlak kreditlərini verməyə ilk olaraq Bank of Baku başlayıb. Buna görə də, bütün banklarda istehlak kreditləşməsi ilə Bank of Baku-nun sabiq əməkdaşları məşğul olur. Mən özüm də bu bankın sabiq işçisiyəm və bu baxımdan məlumatlıyam. Nə qədər ki, həddin artıq çox kredit verirdilər, bankların hüquqşünasları fiziki cəhətdən bütün müştərilərlə işləməyi çatdırmırdılar. Özü də indi banklar heç də ən yaxşı dövrlərini yaşamırlar və daimi olaraq borclarla məşğul olan işçiləri saxlamaq imkanları yoxdur" – deyə vəkil bildirib. 

İntihar - Sputnik Azərbaycan
HADİSƏ
Məktəbli intiharının təfərrüatları üzə çıxdı

Həsənovun sözlərinə görə, məhz elə bu səbəbdən də bütün banklar kollektorlara (onlar özlərini belə adlandırmırlar) müraciət edirlər. Çox nadir hallarda Azərbaycanda kollektor fəaliyyətini adi hüquq firmaları yerinə yetirir. Çünki bu münasibətləri tənzimləyəcək qanunvericilik aktları yoxdur. Bir qayda olaraq, bank işçiləri borcların toplanmasını kollektorlara həvalə etmək məsələsində düzgün davranırlar. Çünki belədə onlar öz ifadə və hərəkətlərinə görə heç nədən çəkinmirlər. Kollektorlar hüquq-mühafizə orqanlarının sabiq işçilərindən ibarət əzici çoxluqdur. Onlar əmindirlər ki, hər hansı problem olsa, keçmiş həmkarları onlara yardım edəcək.

Həsənov qeyd edib ki, kollektorların öz fəaliyyətləri zamanı borclulara qarşı istifadə etdikləri təzyiq metodları tez-tez intiharlara səbəb olur. Çünki qorxudulmuş və küncə sıxışdırılmış bank müştəriləri kreditləri təcili surətdə ödəmək əvəzinə asanlıqla özlərinə qəsd edirlər.

Xəbər lenti
0