ELM

Etirazçı tələbələrdən son xəbər

© Photo : TRENDADU-nun rektor əvəzi Əfqan Abdullayev
ADU-nun rektor əvəzi Əfqan Abdullayev - Sputnik Azərbaycan
Abunə olmaq
ADU-nun rektor əvəzi Əfqan Abdullayevin iştirak etmədiyi görüşdə nazir müavini bir neçə tələbənin tövsiyələrini dinləyib

BAKI, 30 may — Sputnik. Azərbaycan Dillər Universitetində (ADU) dövlət imtahan formasının bərpasına etiraz edən tələbələrlə təhsil nazirinin müavini Ceyhun Bayramovun görüşü keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, ADU-nun rektor əvəzi Əfqan Abdullayevin iştirak etmədiyi görüşdə nazir müavini bir neçə tələbənin tövsiyələrini dinləyib.

Qəzaya düşmüş avtomobil. Arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda daha bir kütləvi tələbə faciəsi

O qeyd edib ki, tələbələrin təklifləri ADU-nun Elmi Şurasına veriləcək: “Sabah saat 14:00-da Elmi Şuranın iclasında veriləcək qərarda tələbələrin bütün fikirləri nəzərə alınacaq".

"Azərbaycan Dillər Universitetində (ADU) dövlət imtahanlarının keçirilməsi ilə bağlı elan keçən ilin iyun ayından verilib. Yəni, tələbələrin xəbəri olub". Bu fikirlər isə ADU-nun mətbuat xidmətinin rəhbəri Araz Ağayevə məxsusdur.

O bildirib ki, qəbul edilən qərara əsasən, bu tədris ilindən yekun dövlət buraxılış attestasiya forması yığışdırılaraq buraxılış işi və dövlət imtahan forması ilə əvəz olunacaq. Ağayevin sözlərinə görə, universitet rəhbərliyi sadəcə qanunun tələblərini yerinə yetirir.

Qeyd edək ki, bu gün ADU-nun tələbələri 7 ildən sonra yenidən dövlət imtahanının bərpasına etiraz olaraq aksiya keçiriblər.

Xəbər lenti
0