Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda daha bir kütləvi tələbə faciəsi

© Sputnik / STRQəzaya düşmüş avtomobil. Arxiv şəkli
Qəzaya düşmüş avtomobil. Arxiv şəkli - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Ölənlərin Maliyyə-İqtisad Kollecinin tələbələri olduğu bildirilr

BAKI, 20 may — Sputnik. Bu gün Bakı-Qazax yolunda ağır avtomobil qəzası baş verib. "Report"un məlumatına görə, hadisə saat 15:00 radələrində Bakı-Qazax magistral yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində, Nəvai postunun yaxınlığında baş verib.

Avtomobilin idarəetmədən çıxaraq yol kənarına aşması nəticəsində 5 nəfər həlak olub. Bunlar — 1998-ci il təvəllüdlü Əmiraslanlı Əmiraslan Müşfiq oğlu, 1998-ci il təvəllüdlü Hüseynov Elvin Vahid oğlu, 1999-cu il təvəllüdlü Azadlı Əlizamin Fikrət oğlu, Əhmədov Elçin Cahangir oğlu və 2000-ci il təvəllüdlü Süleymanlı Murad Rəfael oğludur.

Ölənlərin Maliyyə-İqtisad Kollecinin tələbələri olduğu bildirilir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала