BAKI, 27 may — Sputnik. Türkiyənin məşhur futbolçusu Arda Turan sosial şəbəkələrdə tənqid olunub.
Sputnik Azərbaycan Milliyet-ə istinadən xəbər verir ki, bir neçə gün öncə futbolçu köhnə şəkillərindən birini paylaşıb. Ümrə ziyarətindən olan bu şəkli idmançının İnstagram izləyiciləri birmənalı qarşılamayıb. Belə ki, izləyicilərdən birinin yazdığı şərh Arda Turanı özündən çıxarıb.
İzləyici Ardanı qızlarla gəzib zina etdikdən sonra gedib ümrə ziyarəti etməkdə günahlandırıb. Arda Turan bu fikirlə razılaşmayıb və həmin şəxsə “Sən Allahı ittiham edirsən? Sən öz yoluna bax. Mən zina edəndə yanımda idin? Allahın rəhmətini sən hardan biləcəksən?” sözləri ilə cavab verib.
© ScreenshotArda Turanın cavablandırdığı şərh
Arda Turanın cavablandırdığı şərh
© Screenshot