BAKI, 26 may — Sputnik. "Fənərbağça" futbol klubunun yeniyetmələrdən ibarət komandasında oynayan Ömər Faruk göstərdiyi futbolla sosial şəbəkələrdə 1 nömrəli gündəm olub. 14 yaşlı gənc ulduzun oyunu hər kəsi heyrətə salıb.
"Fənərbağça" azarkeşləri Ömər Farukun videolarını sosial şəbəkələrdə paylaşaraq, futbolçuya sərmayə qoyulmasını istəyiblər. Sputnik Azərbaycan "Milliyet"-ə istinadən gənc futbolçunun bəzi oyun epizodlarını təqdim edir: