Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanın beynəlxalq dərəcəli hakimi qəfildən vəfat etdi

© Photo : Yusif Məmmədovun şəxsi arxivindənYusif Məmmədov
Yusif Məmmədov - Sputnik Azərbaycan
Abunə olmaq
Bütün cəhdlərə baxmayaraq Yusif Məmmədovun həyatını xilas etmək mümkün olmayıb

BAKI, 25 may — Sputnik. Dünən axşam saatlarında Azərbaycan Milli Karate Federasiyası tərəfindən Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında uğurlu çıxış edən karateçilərimizin şərəfinə ziyafət təşkil olunub. Karate Federasiyasının mətbuat xidmətinin rəhbəri Sənan Məhərrəmovun Sputnik Azərbaycan-a verdiyi xəbərə görə, paytaxtın restoranlarından birində karateçilər üçün təşkil olunan əyləncə məclisində bədbəxt hadisə baş verib.

"Məclisdə iştirak edən, Azərbaycanı beynəlxalq yarışlarda təmsil edən, beynəlxalq dərəcəli hakim Yusif Məmmədov çox gözəl çıxış etdi. Hər şey yaxşı idi. Birdən o, yerə yıxıldı. Ona ilkin, daha sonra təcili tibbi yardım göstərildi. Bütün cəhdlərə baxmayaraq, Yusif Məmmədovun həyatını xilas etmək mümkün olmadı" — S. Məhərrəmov bildirib.

Mətbuat xidmətinin rəhbəri onu da əlavə edib ki, Yusif Məmmədovun 64 yaşı olmasına baxmayaraq, səhhətindən heç bir şikayəti olmayıb: "Əksinə, çox gümrah insan olub. Hətta İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı yarışlarda təmsil edən 3 hakimdən biri olub. Onun anidən ürəyi dayandı. 3 dəfə ürək döyüntüləri qayıtsa da, özünə gəlmədi və dünyasını dəyişdi. İlkin diaqnoz olaraq həkimlər infarkt olduğunu dedilər. Bu gün saat 14:00-da mərhum dəfn olunacaq".

Xəbər lenti
0