Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Azərbaycan bu idmançıları vətənlərinə "əliboş" qaytardı

© Sputnik / Murad OrujovОфициальная церемония закрытия IV Игр исламской солидарности в Баку
Официальная церемония закрытия IV Игр исламской солидарности в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
İndi də qarşıda gələn yarışlarda qazanılan titulları qoruyub saxlamaq lazımdır

Azərbaycanda keçirilən daha bir mötəbər idman yarışına yekun vuruldu. 12-22 may tarixlərində baş tutan IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimindən başlayaraq, idman yarışlarına qədər tədbirin təşkilatçılıq baxımından çox yüksək səviyyədə olduğunu qeyd etmək yerinə düşər. Açılış mərasiminin özünəməxsusluğu, proqramda Azərbaycan mədəniyyəti və tarixinin əks etdirilməsi, şou-proqramın zəngin və əyləncəli olması insanların həm maariflənməsinə, həm də zövqlə əylənməsinə səbəb oldu. Xüsusilə, Simurq quşunun canlanması və Mina adlı qızın dünya ölkələrini gəzərək bu ölkələr haqqında maraqlı faktlarla qarşılaşması tamaşaçılar tərəfindən maraqla qarşılandı. Şounun sonundakı atəşfəşanlıq isə açılış mərasiminin möhtəşəm finalı oldu.

IV İslam Həmrəyliyi Oyunlarının rəsmi bağlanış mərasimi - Sputnik Azərbaycan
FOTO
IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi fotolarda

Artıq 13 maydan etibarən bir çox idman növləri üzrə yarışlar başladı. Şəhər sakinləri və qonaqlar bəyəndikləri idman növlərinə və azarkeşlik etdikləri idmançılara dəstək olmaq üçün idman arenalarına və stadionlara toplaşırdılar. Bəzən azarkeşlər idman yarışlarına bilet tapa bilmir və saatlarla kassa önündə gözləməli olurdular. Bu da oyunlara marağın çox olmasından xəbər verirdi. Hər kəsin həvəslə oyunları yarımçıq tərk etməyərək sonuna kimi izləməsi diqqətdən yayınmadı. İnsanlar oyunların gec bitməsinə baxmayaraq, böyük həvəslə sona kimi oturub sevdikləri idmançıları dəstəkləyirdilər. Bu da ölkədə idman mədəniyyətinin formalaşdığından xəbər verir. 

Hər ötən yarış günü qazanılan medallarımızın sayının durmadan artması hamını sevindirirdi. Xüsusilə də, idmançılarımızın gözləniləndən daha artıq medal qazanması və Azərbaycanın medal sıralamasında birinci pillədə (75 qızıl, 50 gümüş, 37 bürünc medalla) qərarlaşması adımızın İslam Həmrəyliyi Oyunları tarixinə həmişəlik həkk edilməsinə səbəb oldu. Maraqlıdır ki, biz bu yarışlarda ümumilikdə 162 medal qazansaq da, bəzi ölkələr bir medal belə qazana bilmədilər. Qabon, Çad, Mavritaniya, Niger, Fələstin, Somali, Yəmən kimi ölkələrin idmançıları vətənlərinə "əliboş" qayıtmalı oldular. Bu da onu bir daha sübut edir ki, Azərbaycanın idman ölkəsinə çevrilib və bu ənənə ilbəil daha da güclənir. Sevindirici hallardan biri də, hər idman növü üzrə federasiya rəsmilərinin proqnozlarından daha çox medal qazanılması idi. 

Соревнований по тяжелой атлетике среди мужчин в весовых категориях до 77, до 85 и до 94 кг IV Игр Исламской солидарности - Sputnik Azərbaycan
İDMAN
İslam Oyunlarının ən yaxşı ağır atletləri seçilib
Hətta yarışlar zamanı gümüş və bürünc medal qazanan idmançılarımızdan bəzilərinin sevinmək əvəzinə məyus olması, qızıl medal qazana bilmədikləri üçün hətta göz yaşlarını saxlaya bilməmələri idmanımızın inkişafından və dünyada ən güclülərdən olduğumuzu göstərir.

Beləliklə, IV İslam Həmrəyliyi oyunları idmançılarımız üçün uğurlu nəticələndi. İndi isə qarşıda gələn yarışlarda qazanılan titulları qoruyub saxlamaq və yeni qələbələr qazanmaq zamanıdır.

Xəbər lenti
0