Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"Ətraf qan gölməçəsinə dönmüşdü, hər kəs təşviş içindəydi"

© Sputnik / Anar MustafayevDİN
DİN - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı şəhər sakini Zaur İsmayılov olduğu müəyyən edilən həmin şəxs hadisəni törətdiyini etiraf edir

BAKI, 23 may — Sputnik. Mayın 21-i axşam saatlarında Xəzər rayonunun Qala qəsəbəsindəki "Stansiya" adı ilə tanınan ərazidən keçənlər iki nəfərin mübahisəsinə ayaq saxlamalı olublar. Qısa mübahisə əlbəyaxa davaya çevrilib və tərəflərdən birinin digərinə bıçaq zərbəsi vurması ilə nəticələnib. Hadisəni törədən isə qaçıb aradan çıxıb.

Polis - Sputnik Azərbaycan
HADİSƏ
Bakı polisindən film kimi əməliyyat - hər kəsin gözü önündə

Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. "Ətrafa toplaşanlar təşviş içində nə edəcəklərini bilmirdilər. Yerə uzanıb qalmış, ətrafı qan gölməçəsinə dönmüş yaralıya təcili yardım etmək lazım idi. Sakinlərdən biri o biri küçədən keçən polis maşınını görcək tez ona yaxınlaşaraq yardım istəyib" — şahidlər bildiriblər.

Əlahiddə Çevik Polis Alayının əməkdaşları — polis serjantları Yavər Rəcəbov və İntiqam Manafov vaxt itirmədən hadisə yerinə gəlib yaralı Rövşən Ağayevi təcili xəstəxanaya göndəriblər: "Vətəndaşlar hadisəni törədənin qaçdığı səmti nişan verdilər. Polis əməkdaşları dərhal həmin istiqamətdə axtarış tədbirlərinə başlayaraq ətraf küçələri, döngələri diqqətlə axtarırlar. Birdən köynəyi cırılmış, qan-tərin içində olan bir nəfər diqqəti cəlb edir. Üst-başındakı qan izlərindən həmin adam daha çox şübhə doğurduğundan onu saxlayırlar".

Bakı şəhər sakini Zaur İsmayılov olduğu müəyyən edilən həmin şəxs hadisəni törətdiyini etiraf edir. Polis əməkdaşlarının iştirakı ilə cinayətin aləti olan bıçaq onun tulladığı yerdən tapılıb götürülür. Sonrakı araşdırmaların aparılması üçün Z.İsmayılov Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə təhvil verilir.

Hadisə barədə Əlahiddə Çevik Polis Alayının bölük komandiri, polis mayoru Fikrət Abdullayev bildirib ki, hər iki əməkdaş ekstremal vəziyyətdə düzgün qərar qəbul etməklə cinayət hadisəsinin vaxtında açılmasına nail olublar. Bu işdə vətəndaşların polisə dəstəyi, vaxtında müraciətinin də xüsusi əhəmiyyəti olub.

Xəbər lenti
0