Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakı polisindən film kimi əməliyyat - hər kəsin gözü önündə

Abunə olmaq
Silahlı şəxs silahsız özünümüdafiə fəndi ilə tərksilah edərək zərərsizləşdirib

BAKI, 18 may — Sputnik. Mayın 17-də Bakıda cinayət hadisəsinin qarşısı alınıb. Bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatda deyilir:

Ruslan Lunyov Rio-2016 Olimpiadasında 10 metr məsafəyə güllə atıcılığı üzrə yarış zamanı - Sputnik Azərbaycan
İDMAN
Azərbaycanlı polislərdən böyük şücaət

"DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Diplomatik Nümayəndəliklərin mühafizəsi üzrə Əlahiddə Polis Taborunun əməkdaşları polis serjantları Ramin Qədimov və Rüstəm Məhərrəmov paytaxtın Yasamal rayonu ərazisində yerləşən xarici dövlətlərdən birinin səfirliyində xidmət aparırdılar. Polis əməkdaşları həmişə olduğu kimi yenə də ayıq-sayıq idilər, ətrafa diqqətlə göz gəzdirirdilər.

Səhər saat 11 radələrində Hüseyn Cavid prospektindəki "Favorit" supermarketindən bir nəfərin çıxıb qaçmağa üz tutduğu nəzərdən qaçmadı. Onun arxasınca çıxan supermarketin işçiləri "oğrunu saxlayın" deyə kömək istədilər. Polis əməkdaşları onu saxlamaq istəyəndə həmin şəxs bu təqibdən yaxa qurtara bilməyəcəyini görüb durdu, tez cibindən bıçaq çıxarıb müqavimət göstərməyə çalışdı.

Ətrafda xeyli insan toplaşmışdı. Supermarketin alıcıları da çölə çıxıb nə baş verdiyini anlamağa çalışırdılar. Polislər dərhal onu silahsız özünümüdafiə fəndi ilə tərksilah edərək zərərsizləşdirib, bıçaqla birlikdə Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə təhvil verdilər.

Polis Bölməsində aparılan araşdırma zamanı hadisəni törədən şəxsin Şabran rayon sakini Ramin Paşayev olduğu, həmçinin onun əvvəllər narkotik vasitələrin satışı və soyğunçuluq maddələri ilə iki dəfə məhkumluq həyatı yaşaması da müəyyən edilib".

Xəbər lenti
0